Icma.az
close
up
RU
Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr (İkinci məqalə)

Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr (İkinci məqalə)

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nizami CƏFƏROV

Türk dünyasının görkəmli şairi, türkoloqu və ictimai xadimi Oljas Süleymenov məşhur “Az i ya” kitabının 50 illik yubileyi günlərində “Osiris qanunu” adlı kiçik bir məqalə nəşr etdirdi. Həmin məqalədə deyilir ki, “1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra türkologiya bir elm kimi artıq mövcud olmadı...

...2018-də Nazarbayev məni Akordaya söhbətə dəvət elədi. Böyük masanın arxasında prezidentdən başqa ancaq Marat Tajin - onda Mədəniyyət məsələləri üzrə dövlət müşaviri əyləşmişdi. O, söhbət zamanı prezident danışarkən, adətən, hər kəsin susduğu kimi susurdu.

Görünür, Birinci Türkoloji Qurultay barədə prezidentə o danışmışdı. Və prezident qərara almışdı ki, indi Almaatıda İkinci Ümumdünya Qurultayını keçirməyin vaxtı gəlmişdir.

Ancaq mən prezidentə etiraz etdim: “Əlbəttə, belə bir beynəlxalq tədbirin keçirilməsi çox şərəflidir. Amma mümkün deyil”.

Dil, ədəbiyyat, tarix və s. kimi çox müxtəlif araşdırma istiqamətlərini özündə ehtiva edən türkologiyanın bütün bu sahələrinin hər birində özünəməxsus mövqeyi, gözlənilməz olduğu qədər də düşündürücü mülahizələrilə seçilən böyük ziyalı sözügedən görüşdə Qazaxıstan prezidentinə dediklərinə onları da əlavə edir ki, “Birinci Qurultayın, praktik olaraq, bütün tərkibini Stalin məhv etmişdir. Yalnız Malov və Radlov sağ qalmışlar. Kimisə güllələmişlər. kimisə uzunmüddətli həbsə yollanmışdır. Türkologiya elm kimi yeni-yeni başlayırdı, ancaq bu cür qurultay keçirilməsindən sonra dayanmışdır.

İkinci Qurultayda biz nə barədə danışacağıq? Türkologiyanın keçmiş yüz ildəki hansı uğurlarından bəhs edəcəyik?  Alimlərdən kim türk yazısının mənşəyi, onun marşrutları və qədim dövr mədəniyyətlərilə əlaqələri ilə məşğul olmuşdur? Türk dilinin və mədəniyyətinin yaşını fala baxmaqla hesablayan ilk türkoloqların səhvləri indiyə qədər təkzib olunmayıb...”

Bu sözlər (və Oljas Süleymenovun  danılması mümkün olmayan nüfuzu!), görünür, Qazaxıstan prezidentini İkinci Türkoloji Qurultayı keçirmək istəyindən vaz keçməyə vadar etmişdi. Ancaq bu, o qədər də mühüm deyil, çünki Birinci Türkoloji Qurultayın tarixdəki yeri elə möhkəm (və şərəfli)dir ki, İkinci belə bir qurultayın keçirilməsi onun tarixi əhəmiyyətini, prinsip etibarilə, nə artıra, nə də azalda bilər. Lakin böyük ziyalının Qurultaya (və türkologiya elminə) bu cür nihilist münasibəti, heç şübhəsiz, türkoloji  ictimaiyyəti düşündürməyə bilməz.

“Osiris qanunu”nda, ilk növbədə, bəzi diqqətsizliklər nəzərə çarpır ki, onlardan biri türkoloqlardan yalnız Malovla Radlovun Stalin repressiyasından sağ çıxmasıdır. Birincisi, Vasili Vasilyeviç Radlov 12 may 1918-ci ildə artıq Sankt- Peterburqda vəfat eləmişdi. Və Birinci Türkoloji Qurultay, sadəcə, böyük türkoloqlar İ.Qaspralı və V.Radlovun şərəfinə keçirilmişdir. Ikincisi, Qurultayın qarşısında duran problemlər, prinsip etibarilə, elmi olmaqdan çox, əməli idi. Və əlifba, orfoqrafiya, terminologiya kimi məsələlərin həlli yollarının araşdırılmadığı bir dövrdə türk yazı mədəniyyətinin kökləri barədə bəhs açmaq heç kimi maraqlandırmazdı.

Oljas Süleymenov sözügedən məqaləsində yazır:

“1926-cı ildə türk xalqlarının tarixi, mahiyyət etibarilə məlum deyildi. O zamanlar yalnız Monqolustandakı türkcə yazılı daş sütunları tapmağa və öyrənməyə nail olmuşdular. Və bizim bilicilər həmin abidələrin təxmini yaşını hesablamışdılar:  “Ehtimal ki, türklər həmin yazılardan islamın qəbuluna deməli,  təxminən bizim eranın VIII əsrinə qədər istifadə etmişlər”. Və bundan çıxış edərək türk yazısının və mədəniyyətinin yaşını müəyyənləşdirmişlər - “təxminən V əsr”.

Bir əsr ərzində aksioma çevrilmiş həmin nəzəriyyəyə görə, türklər yeni eranın ilk əsrlərində törəmiş və əlbəttə, əlifbanı karvanları monqol çöllərinə gəlib çatan soqd tacirlərindən əxz etmişlər.

Türkologiyanın ilk səhifəsi belə yanamışdır. Çətin ki, o, doğru olsun”.

Əlbəttə, bəzi türkoloqlar bu günə qədər həmin “nəzəriyyə”yə nəinki şübhə edir, əksinə, onu ən düzgün qənaət olaraq universitet auditoriyalarında gənclərə öyrədirlər. Bununla belə, qədim türk yazısını tamamilə orijinal - türk mənşəli (damğalardan törəmə) sayıb tarixini daha qədim dövrlərə çəkənlər də az deyil.

Dünya şöhrətli qazax mütəfəkkiri göstərir ki, qədim türk yazılarının görkəmli tədqiqatçısı S.Malov Birinci Türkoloji Qurultayda məruzəsində həmin yazıların dilini, doğru olaraq, “qədim Oğuz dili” adlandırdı. Və aparıcı türkoloqun bu cür dəqiqləşdirməsi türk dilçiliyinin sonrakı inkişafına təsir göstərməli idi.

Ancaq 30-cu illərin qazaxşünasları inanırdılar ki, qazax dili “qədim türkcə”dən nəşət edir. Odur ki, qazax sözünü yazarkən mütləq oğuzcaya baxmaq lazımdır”.

Əvvəla, qədim türk (run) yazılı abidələrinin dilinin “pratürk” deyil, məhz Oğuz dili olması ideyası bütün XX əsr boyu inkişaf etdirilmiş, məsələn, Ədhəm Tenişev bu mövzuda maraqlı məqalələr yazmış, onların dialektfövqü xarakteri barədə əsaslı mülahizələr söyləmişdir.

Qazax dilçilərinin qazax sözlərində oğuz orfoqrafiyası prinsiplərinə dayanaraq “hərflərin tələffüz olunmaz kombinasiyasını yaratmaları”na gəldikdə isə bu, ümumtürkoloji problem deyil. Və yəqin ki, qazax dilçiliyinin imkanları daxilində izah oluna bilər.

Əlli il bundan əvvəl - “Az i ya”nın ilk nəşrinin işıq üzü gördüyü günlərdən çoxlarına məlumdur ki,  onun müəllifinin ədəbi-mədəni hadisələrin mahiyyətinə nüfuz edən dərin düşüncələri bu sahələrdə ciddi kəşflər etməyə qadirdir. Və o, “Osiris qanunu” məqaləsində də belə bir kəşfdən bəhs edir... Lakin birbaşa kəşfin nədən ibarət olduğu barədə bəhs etməzdən əvvəl Oljas Süleymenovun bir vaxtlar məşğul olduğu Şumer məsələsi ilə bağlı bugünkü mülahizələrinə diqqət yetirək:

“Bizim aşkarladığımız faktlar türk yazısının bioqrafiya və marşrutlarını bir neçə min il qədimləşdirir. Bununla türkologiyanın yeni fəsli başlanır.

Hazırda türk yazısının Şumer mətnlərini monqol mətnlərilə müqayisə edərkən aydın görünür ki, onlar praktik olaraq dəyişməmişlər. Bütün bunlar isə astaca qulağımıza çatdırır ki, türkologiya bu istiqamətdəki araşdırmalarını e.ə. IV minillikdən başlamalıdır”.

Bundan sonra isə, həqiqətən, heyrət doğurmalı olan bir kəşf barədə söhbət açılır:

“Bu yolla gedərək biz elə bir qədim Misir mətni tapdıq ki, onu yalnız qazax dilindən istifadə etməklə deşifrə eləmək və oxumaq mümkün oldu. Və əgər Şumer zamanı türk- oğuzların tarixi aydın şəkildə izlənirsə, Qədim Misirdə qazaxların tarixi daha aşkar təzahür etmişdir.

Burada e.ə. III minillikdə biz onların təsadüfi qonaq kimi deyil, mədəniyyət yaradıcısı olaraq mövcudluğuna tarixi sübutlar tapırıq.

Qazaxların tarixinin bu başlıca kəşfləri, ola bilsin ki, yalnız maddi abidələr yox, həm də şifahi qazax dilini qoruyub saxlamışdır ki, ilk dəfə bir neçə min il ərzində onda elmin dili kimi danışmışlar. Xalqının bütün tarixi məhz həmin dildədir. Onun əsrlər boyu bütün rastlaşdıqları”.

Əlbəttə, dil haqqındakı elmin hələ də qüvvədə olan müqayisəli - tarixi tədqiqat metodunu əsas götürsək, belə bir kəşfin həqiqiliyinə inanmaq çətindir. Ancaq nəzərə alsaq ki, Oljas Süleymenov məhz çətin (gözlənilməz!) kəşflərin müəllifi kimi məşhurdur, onda bu məsələni gələcək müzakirələrin öhdəsinə buraxmaq daha uyğun görünür.

Məsələnin mahiyyəti isə ondadır ki, böyük mütəfəkkir bu yeni kəşfi ilə türkologiya tarixini bütünlüklə yeni  özül üzərində qurur, onun müəyyən nailiyyətləri üzərindən xətt çəkib, ümumən fərqli bir türkologiya təklif edir. Və ən dözülməzi də odur ki, bu türkologiyanın prinsipləri mövqeyindən nəzər salanda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti görünmür. Lakin kəşfin elmi əsaslarının orijinallığına o cəhətlərdən bəzi şübhələr yaranır ki, müəllif müqayisəli - tarixi metodun  türkologiyadakı təsnifatından (oğuzlar, qıpçaqlar, karluqlar) istifadə etsə də, zaman amilinə sərbəst yanaşır. Halbuki həmin təsnifatın müqayisəli - tarixi türkologiyada öz zamanı var. Və zaman kifayət qədər - minilliklərlə qədimləşdirilirsə, materialın, fakturanın məzmunu olduğu kimi qala bilməz. Eləcə də qazax dilinin əlahiddə bir şəkildə bütün digər türk dillərinə, xüsusilə, yenə də müqayisəli - tarixi metoda görə, onun üzvi tərkib hissəsi olan qıpçaq dillərinə qarşı qoyulması ayrıca izah tələb edir.

O.Süleymenovun intellektual fantaziyası, xəyalının geniş üfüqləri bizə təlqin edir ki, “eramızdan əvvəl III minillikdə türk tayfalarının bir hissəsi böyük Nil çayına qədər gedib çatdı. Bu sular yalnız insan və heyvanların yanğısını yatırmadı, görünür, bitki və otların göyərdilməsinə də kömək oldu. Onlar çayın səhra ilə kəsişən sahillərində gur yayıldı. Bu, onu seyr edən qədim qazaxları, yəqin ki, cəlb edərək ilhama gətirdi. Və sonralar ilahiləşdirilən baş faraon, qədim Misir mənbələrinə görə, həmin kəşfdən yetərincə istifadə eləməyi təklif etdi və qədim qazax sözü ilə Aktiv Əkinçilik Qanunu təsdiq elədi: OSİRİS - “GÖYƏRTMƏK” (qazaxca)”.

OSİRİS - də süxurlaşmış belə bir qədim (və müasir!) qazax paradiqması müəyyənləşdirilir:

Ös (Os)

ÖSİR (OCİR)

ÖSİRİS (OCİRİS)

Və qeyd olunur ki,  bu sözlər tədricən qazaxcadan slavyan dillərinə də keçmişdir.

“Osiris qanunu” məqaləsinin müəllifi qazaxlarla bağlı əhvalatı belə yekunlaşdırır:

“Min illər keçdi, köçərilik davam elədi, qazaxlar əkinçiliyi unudub mövsümi göyərən çöl bitkilərindən heyvanlar üçün ayaqaltı yem olaraq passiv istifadəyə başladılar.

Və beləliklə, ilk dəfə Qədim Misirdə nümayiş etdirdikləri böyük maddi və mədəni fəaliyyəti itirərək bizim zəmanəmizə gəlib çatdılar”.

Və buradan da yenə Birinci Türkoloji Qurultay məsələsinə qayıdılır:

“Birinci Türkoloji Qurultaydan keçən yüz il ərzində dünyada elmi dərəcələr artmış, ancaq bilik çoxalmamışdır. Yalnız türkologiyada yox - bütün humanitar elmlərdə. Alimlər elmi yox, öz dissertasiyalarını, dərəcələrini, təqaüdlərini və təltiflərini müdafiə etmişlər.

Onlar bilmirdilər ki, qədimdə iki türk xalqı özlərini xüsusi olaraq  göstərmişlər. Daş sütunları bizim günlərə qədər qalan türk - oğuzlar (e.ə. IV minillik). Və yazılı mədəniyyət abidələri yalnız indi bizim tərəfimizdən aşkar olunan Osiris təsvirlərindən (e.ə. III minillik) ibarət qədim qazaxlar.

Yeni türkologiya bundan başlayır”.

YUNESKO-nun himayəsi altında Mədəniyyətlərin Beynəlxalq Yaxınlaşması Mərkəzinin direktoru Oljas Süleymenovun sözügedən məqaləsində öz əksini tapmış bu fikirlər bütün qeyri-adiliyi ilə birlikdə, dünya mədəniyyəti tarixinin ən qədim dövrlərinə, mərhələlərinə diqqəti cəlb etmək baxımından, əlbəttə, olduqca maraqlı, təşviqedici və yaradıcıdır. Ancaq bu qədər nəhəng (və planetar!) layihənin Birinci Türkoloji Qurultay kimi lokal əhəmiyyətli bir hadisənin yubileyinin keçirilməsinə maneçiliyi, əlbəttə, inanılmazdır.  İlk növbədə ona görə ki, Qurultayın öz qarşısına qoyduğu tamamilə real, həllini tələb edən milli praktik (və prozaik!) problemlər möhtərəm qazax türkünün ümumən bəşəriyyətin diqqət mərkəzinə çəkdiyi nəzəri (və müəyyən dərəcədə poetik!) problemlərdən keyfiyyətcə çox fərqlənir. “Osiris qanunu” müəllifi türkologiyanın istər XX əsrin 20-ci illərindəki, istərsə də bugünkü inkişaf səviyyəsindən narazı ola bilər (və onun “Az i ya”dan başlayaraq ardıcıl davam edən son dərəcə dəyərli mülahizələri də buna əsas verir!), ancaq Birinci Türkoloji Qurultayın ənənələrinin unudulması, yaxud unutdurulmasının türkologiyanın tərəqqisinə nədəsə təkan verə biləcəyi ağıla batmır.

Əlbəttə, görkəmli fikir adamının türkoloqları elmi dərəcə arxasınca  qaçmaqdan daha çox, tədqiqat axtarışlarının marşrutunu qədimə doğru genişləndirməyə çağırması bizim günlər üçün səciyyəvi olan bu mənəvi-etik çatışmazlığı aradan qaldırmır. Və yalnız türkologiyada deyil, demək olar ki, bütün elm sahələrində geniş yayılmış elmi dərəcə düşkünlüyünün qarşısını almaqdan ötrü tamamilə ayrı tədbirlər görülməlidir. Hansısa mövzunu yasaqlamaq, yaxud təbliğ və ya təşviq etməklə bunu qarşısını almaq, təbii ki, mümkün deyil.

Ona görə də Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində nüfuzlu ziyalının türk birliyi simvollarından biri olan bu möhtəşəm forum barəsində hər hansı halda neqativ fikir səsləndirməsi etiraz doğurmaya bilməz. Qurultayın qarşısında dayanan əsas məsələ türkologiyanı, yaxud türkşünaslığı bir elm olaraq yaratmaq, inkişaf etdirmək, düzgün metodoloji təməllər üzərində qurmaq deyildi. Və onun nümayəndələri olan görkəmli elm adamları - dilçilər, ədəbiyyatşünaslar, tarixçilər, sənətşünaslar və b. öz yeni tədqiqatları barədə məlumat vermək məqsədi də güdmürdülər. Məqsəd  türk xalqlarının müasir mədəni inkişafa cəlb etməyin yollarını axtarıb tapmaq idi ki, burada əski ərəb əlifbası əvəzinə yeni latın əlifbasının qəbulu ən əhəmiyyətli məsələ sayılırdı. Ondan sonra yenə də əlifba (və savadlanma) ilə birbaşa bağlı orfoqrafiya, daha sonra terminologiya məsələləri gəlirdi ki, hamısı dil quruculuğu kimi praktik səciyyəli olub o qədər də dərin elmi-akademik biliklər tələb etmirdi. Hətta türk dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin tarixinə dair V.V.Bartold, B.V.Çobanzadə, N.N.Poppe, L.V.Şerba, S.Y.Malov, A.N.Samoyloviç, M.F.Köprülü, S.F.Oldenburq... kimi böyük  alimlərin məruzələri də, demək olar ki, heç bir elmi diskussiya doğurmamış, Qurultay tərəfindən yalnız praktik təkliflərin elmi- nəzəri əsasları kimi diqqəti çəkmişdir. Odur ki, Birinci Türkoloji Qurultayı onun tarixi missiyasına daxil olmayan bir məsələdə suçlamaq, elə bilirik ki,   insafdan kənardır.

Ancaq bir məsələyə də aydınlıq  gətirmək lazımdır: türk dilləri, ədəbiyyatları, incəsənətləri, ümumən türk xalqları haqqındakı elmin tarixi hərəkəti ilə Oljas Süleymenovun türkoloji araşdırmalarının gedişi nə dərəcədə, hansı xüsusiyyətlərilə fərqlənir ki, dünya şöhrətli ziyalımız yarım əsrdən çoxdur ki, akademik türkologiya ilə qızğın polemikadadır? Bizə elə gəlir ki, akademik elmin (söhbət, əsasən, sovet elmindən gedir) ideya- metodoloji problemləri, xüsusilə saxta rus-slavyan patriotizmi ilə hələ “Az i ya” üzərində çalışarkən qarşılaşan, kitabın nəşrindən sonra isə, sözün həqiqi mənasında döyüşən müəllifdə akademik elmə qarşı, əgər belə demək mümkünsə,  müəyyən antipatiya yaratmışdır. “İqor polku dastanı”ndakı əsr-əsr silinməyə cəhd göstərilmiş türk izlərini aşkarlayan, Şumer mədəniyyətinin tarixi dərinliklərində türk ruhunun ən müxtəlif (dini, linqvistik, ədəbi və s.) təzahürlərini üzə çıxaran Oljas Süleymenov ortaya fərqli bir türkologiya qoymağa müvəffəq olmuşdur. Əlbəttə, bütün “inqilabi” yenilikləri ilə birlikdə görkəmli araşdırıcının “Az i ya”dakı kəşfləri tədricən də olsa, nəticə etibarilə, akademik türkologiyanın aktivinə yazıldı. Ancaq bununla kifayətlənsəydi, Oljas Süleymenov da Oljas Süleymenov olmazdı. Və o, yenidən akademik türkologiyanın fövqünə yüksəlməyin yollarını aradı. Və tapdı... O, “Sözün kodu” kitabında açıq-aşkar nümayiş etdirdi ki. elm yalnız məntiqi mühakimələr (və terminlərlə) hasilə gəlmir, burada ideya-bədii təxəyyül (və metaforalar) da lazımdır. Həmin yeni araşdırıcılıq yolu Oljas Süleymenovu akademik və ya klassik türkologiyadan yenə də ayırdı.

Əlbəttə, Birinci Türkoloji Qurultayın tarixi missiyasını bu səciyyədən dəyərləndirmək fikrinə düşsək, böyük Oljas Süleymenova haradasa - ən azından türkologiyanın bir elm kimi öz inkişafının yeni dövrünə keçməsi baxımından haqq qazandırmaq olardı, lakin Qurultayın missiyası  (və meyarları!) tamamilə fərqlidir: onun əsas məqsədi deyildiyi kimi, o idi ki, bütün türk xalqlarına mənsub ziyalıları bir yerə toplayıb, onların birbaşa iştirakı ilə dil, ədəbiyyat, tarix, etnoqrafiya, tədris və s. kimi praktik məsələləri müzakirə etsin.  Və gələcəkdə türk xalqları arasından elə mütəxəssislər  yetişsinlər ki, milli dəyərlərin keşiyində məhz Oljas Süleymenov kimi dayana bilsinlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see141

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see125

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see125

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see117

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see113

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Yannik Sinner Alkarası məğlub edərək ilk dəfə Uimbldon çempionu olub

13 İyul 2025 23:11see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri