Icma.az
close
up
RU
“Birlik” olan yerdə həmrəylik və dostluq var

“Birlik” olan yerdə həmrəylik və dostluq var

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının təşəbbüsü ilə Estoniyada yaşayan 350-dən çox həmvətənimiz birlik və həmrəylik çağrğşı ilə Azərbaycanın Müstəqillik Günü və müqəddəs Qurban bayramını böyük təntənə ilə qeyd edib.

Təbiətin qoynunda açıq havada keçirilən bayram təntənəsində Estoniyada yaşayan azərbaycanlılarla yanaşı  müxtəlif millətlərin nümayəndələri, habelə 15-dən çox müsəlman və digər milli icmanın təmsilçiləri də qonaq qismində iştirak ediblər. Bayram proqramı çərçivəsində Estoniyada doğulub boya-başa çatmış azərbaycanlı gənclərlə yanaşı tədbirdə iştirak edən qonaqların yeniyetmələri də musiqi və rəqs nömrələri ilə çıxış ediblər.  Azərbaycanlı gənclərin milli geyimdə həmrəylik rəmzi olan “Yallı” rəqsi isə qonaqları belə səhnəyə çıxmağa və həmvətənlərimizə qoşulmağa vadar edib. Tədbirən xüsusi rəng qatan bu addım  Estoniyada yaşayan müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin, dostluğun və həmrəyliyin parlaq təzahürünə çevrilib. 

Tədbirdə Estoniyanın ictimai-siyasi həyatında fəal rol oynayan rəsmi şəxslər də iştirak ediblər.  Qonaqlardan Tallinn Şəhər Şurasının sədri Mihhail Kölvart tədbirdən məmnunluq ifadə edərək Estoniyada fəaliyyət göstərən Azərbaycan icmasına uğurlar arzuladı, onların bu ölkənin ictimai və mədəni həyatına verdiyi töhfələri yüksək qiymətləndirdi. Bayram tədbirinə qatılan Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Estoniyadakı səfirliklərinin nümayəndələri də bu əlamətdar gün münasibətilə həmvətənlərimizə təbriklərini çatdırıblar.

“Birlik” təşkilatının sədri Zakir Miriyev qeyd edib ki, tədbirin əsas məqsədi Estoniyada yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına işinə töhfə vermək, ölkəmizin zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və qonaqpərvərlik ənənələrinin estoniyada tanıdılmasında pay sahibi olmaq idi. 

Bu mənada qonaqlarımız bu gün Azərbaycan mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. 

Tədbir iştirakçıları isə xüsusi vurğuladılar ki, son vaxtlar Estoniya Azərbaycan İcması “Birlik” ətrafında soydaşlarımızın sayının getdikcə artması bu ölkədə diasporumuzun gücləndiyini və milli dəyərlər ətrafında daha sıx  birləşdiyimizi göstərir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri