Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır Astarada Od çərşənbəsindən reportaj

Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır Astarada Od çərşənbəsindən reportaj

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Od çərşənbəsi Azərbaycan xalqının qədim və ənənəvi bayramlarından biri kimi ölkənin hər yerində böyük coşqu və sevinc hissi ilə qeyd edilir. Astarada da Od çərşənbəsi özünəməxsusluğu ilə seçilir və insanlar qədim adət-ənənələri yaşadaraq Novruza hazırlıq görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kakalos kəndində Od çərşənbəsi xüsusi bayram ovqatı ilə qarşılanır. Kəndin gəncləri və uşaqları bir araya gələrək, birlik və həmrəylik içində bayram hazırlıqlarına başlayırlar. Onlar kənd sakinlərindən birinin həyətində toplaşaraq, gün ərzində müxtəlif işlərlə məşğul olurlar. Bayramın əsas atributlarından olan Novruz xonçasını hazırlamaq üçün gənc qızlar və analar birlikdə şirniyyatlar bişirir, səməni yetişdirir, müxtəlif çərəzlər və boyanmış yumurtalarla süfrəni bəzəyirlər. Hər bir evdə bayram təmizliyi aparılır, həyətlər süpürülür, ev-eşik təmizlənir.

Fəxri mədəniyyət işçisi Fərbiyə Şabanovanın sözlərinə görə, bu kənddə qabaqcadan Od çərşənbəsinə xüsusi hazırlıq görülür. Od çərşənbəsinin mahiyyəti təkcə bayram əhvali-ruhiyyəsi ilə məhdudlaşmır, həm də insanın ruhən yenilənməsi, keçmişin çətinliklərindən xilas olaraq, yeni başlanğıca qədəm qoyması ilə bağlıdır. “Od çərşənbəsi bizim üçün xüsusi bayramdır və biz ona böyük həvəslə hazırlaşırıq. Bu günə özəl olaraq müxtəlif təamlar bişiririk, qədim adət-ənənələrimizi yaşadırıq. Hər kəs bir-biri ilə mehriban olur, bu bayramın sevincini paylaşır. Atəşin müqəddəs sayıldığı bu gündə biz tonqallar qalayır, onun ətrafında toplaşaraq arzular diləyirik. Hamı inanır ki, bu bayram insanın daxilindəki bütün mənfi enerjini yuyub aparır və yeni başlanğıclar üçün yol açır. Od çərşənbəsi bizə təkcə qədim inanclarımızı xatırlatmır, eyni zamanda, mehribanlığı, birlik ruhunu gücləndirir. Biz hər il bu gözəl ənənəni yaşadır, onu gələcək nəsillərə ötürməyə çalışırıq. Çünki Od çərşənbəsi bizim mədəniyyətimizin, milli kimliyimizin bir parçasıdır”, - deyə o əlavə edir.

Kənd sakini Kəbirə Əliyeva bildirir ki, Od çərşənbəsinə hər il böyük sevgi və həvəslə hazırlaşırlar: “Bayram günlərində süfrəmiz bol və bərəkətli olsun deyə müxtəlif təamlar hazırlayırıq. Ənənəyə uyğun olaraq, 7 növ bitki dənindən qorğa qovururuq – bu, çərşənbə süfrəsinin ayrılmaz hissəsidir. Bu, həm də qədim adətlərimizi yaşatmaq deməkdir. Bunu edərkən uşaqlar və gənclər də ətrafımıza toplaşır, hər kəs bayramın ab-havasını hiss edir. Təndirdə çörək bişirmək isə bayram hazırlıqlarının ən sevimli hissələrindən biridir. Bu çörəklər təkcə süfrəmizi bəzəmir, həm də evimizə istilik və bərəkət gətirir. Bayram günlərində qonaq gedən hər kəsə təndir çörəyi ilə bayram payı aparmaq bir ənənədir. Bundan başqa, balıq və ləvəngi bişirmək də Od çərşənbəsi süfrəsində xüsusi yer tutur. Təzə balıqdan müxtəlif yeməklər hazırlanır və ailə üzvləri süfrə başında bir araya gələrək bayramın sevincini bölüşürlər. Bundan əlavə, şirniyyatlar, plov və digər milli yeməklər də süfrələri bəzəyir. Od çərşənbəsinin bu adət-ənənəsi dədə-babalarımızdan qalan mirasdır və biz də onu yaşadıraraq, gələcək nəslə ötürürük”.

Axşam saatlarında isə bayramın ən maraqlı və həyəcanverici hissəsi başlayır. Tonqallar qalanır, kənd sakinləri onun ətrafına toplaşaraq qədim ənənələri yerinə yetirirlər. İnsanlar atəşin üzərindən tullana-tullana “ağrım-acım odda yansın” deyərək, bütün çətinliklərdən və pis enerjidən xilas olduqlarına inanırlar. Uşaqlar bayramın şənliyini daha da artırmaq üçün müxtəlif oyunlar oynayır, şeirlər söyləyir, mahnılar oxuyurlar.

Böyüklər bu müqəddəs bayram axşamında dualar edərək Novruzun bolluq, bərəkət və firavanlıq gətirməsini arzulayırlar. Hər kəs bir-birinə xoş sözlər söyləyir, mehribanlıq və birlik hissi güclənir. Bu bayramın əsas mahiyyəti insanların qəlbində sevgi və səmimiyyət hissi oyatmaq, onları daha da yaxınlaşdırmaqdır.

Xatırladaq ki, növbəti çərşənbələr olan Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Od çərşənbəniz mübarək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri