Icma.az
close
up
RU
Birlik, sülh və əməkdaşlıq

Birlik, sülh və əməkdaşlıq

Icma.az bildirir, Tribuna portalına istinadən.

Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməklə regionda mühüm aktora çevrildiyini bir daha göstərdi. Budəfəki tədbirin möhtəşəmliyi, daha cəlbedici görünməsi keçirildiyi məkanın Xankəndi olması idi. Beynəlxalq tədbirlərin keçirildiyi məkan da qloballaşan dünyada diplomatik əhəmiyyət daşıyır və mesaj xarakterli olur.

2025-ci il iyulun 4-də Qarabağın şah damarı Xankəndi şəhəri növbəti dəfə Azərbaycanın tarixi qələbəsinin, suverenliyinin və beynəlxalq mövqeyinin nümayişinə şahidlik etdi. Prezident İlham Əliyevin ev sahibliyi ilə burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və dərin mənalar daşıyır.

Xankəndi zirvəsi bizim üçün tarixin ədalətini bərpa edən diplomatik jestdir. Ölkə rəhbərinin apardığı peşəkar diplomatiya sayəsində biz oranı qan tökmədən, daşına-divarına toxunmadan əldə edərək ölkənin suverenliyini tam bərpa etmişik.

Prezident İlham Əliyev tədbirin girişində ECO-ya sədrlik edən Qazaxıstana təşəkkürünü bildirərək vurğuladı ki, Azərbaycan artıq üçüncü dəfədir bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfəki ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndidə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyi qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf fazasına qədəm qoymasından xəbər verir.

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmadı. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etmədi, nəticədə peşman oldular. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdi. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.

Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Daha dəhşətlisi isə Ermənistanın torpaqlarımızda bir milyondan çox mina basdırmasıdır.

Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. İşğaldan azad edilən gündən Azərbaycan o torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Prezidentin də qeyd etdiyi kimi, Laçın, Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər rayonlarımızda yeni şəhərlər, müasir kəndlər salınır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaş ata-baba yurduna dönüb. Bu, həm də ölkəmizin sosial-siyasi sabitliyi və dövlətin vətəndaşına göstərdiyi qayğının təzahürüdür.

Prezidentin nitqində səsləndirdiyi faktlar – işğal zamanı 67 məsciddən 65-nin dağıdılması, mina təhlükəsi nəticəsində yüzlərlə insanın həyatını itirməsi, maddi-mədəni irsimizə qarşı törədilən vəhşiliklər Ermənistanın uzun illər həyata keçirdiyi sistemli vandalizmin miqyasını bir daha ortaya qoydu. Bu baxımdan, Xankəndidə keçirilən ECO Zirvəsi həm də ədalətin təntənəsidir.

Sevindirici, qürurverici hallardan biri də Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə olması idi. Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələni – Qərbi azərbaycanlıların hüquqlarının bərpasını qətiyyətlə gündəmə gətirdi. İƏT-in sonuncu toplantısında Ermənistanın etnik təmizləmə siyasəti ilə yerindən-yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun bütün 57 üzv ölkə tərəfindən dəstəklənməsi mühüm diplomatik nailiyyətdir. Bu, həm də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanındığının göstəricisidir.

Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

ECO çərçivəsində Azərbaycanın aktiv iştirakı təkcə regional deyil, qlobal səviyyədə də böyük rezonans doğurur. Prezidentin xatırlatdığı kimi, keçən il tarixdə ilk dəfə ECO məkanında keçirilmiş COP29 tədbiri 70-dən çox dövlət və hökumət başçısını bir araya gətirmişdi. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

Eyni zamanda Şuşada keçirilən ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu göstərir ki, Azərbaycan iqtisadi, sosial və humanitar sahələrdə də ECO ölkələri ilə fəal əməkdaşlıq edir. Azərbaycanın sərmayə iqlimi və enerji rolu da tədbirin əsas mövzularından oldu.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın investisiya mühiti barədə də məlumat verərək qeyd etdi ki, son 20 ildə ölkəyə cəlb olunan 350 milyard dollarlıq sərmayənin yarısının xarici mənbələrdən olması, Azərbaycanın etibarlı tərəfdaş və sabit iqtisadi platformaya malik olduğunu təsdiqləyir.

Enerji sektorunda isə Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edərək regional enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib. Eyni zamanda, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağında yerləşməklə logistik baxımdan ECO ölkələri üçün strateji əhəmiyyət daşıyır. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb etdi.

Prezident İlham Əliyevin Xankəndidəki tarixi çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, suverenliyinin və beynəlxalq nüfuzunun parlaq ifadəsidir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan öz haqq səsini dünyaya çatdırmağı, beynəlxalq platformalarda söz sahibi olmağı bacaran güclü və müstəqil dövlətdir.

Bu Zirvə görüşü sadəcə diplomatik tədbir deyil, eyni zamanda bütün dünyaya “Qarabağ Azərbaycandır!” həqiqətinin dəyişməz və dönməz olduğunu bəyan edən rəmzi bir çağırışdır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see445

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see336

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see300

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see291

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see289

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see253

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see249

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see248

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see237

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see235

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see233

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see222

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see209

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see209

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see207

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see190

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see188

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see180

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see179

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri