Icma.az
close
up
RU
Birmarket dən alınan texnika niyə 49 gün servisdə qaldı?

Birmarket dən alınan texnika niyə 49 gün servisdə qaldı?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birmarket mağazalar şəbəkəsindən elektronika alan alıcı servis prosesi ilə bağlı ciddi iddialar irəli sürüb. AzPost xəbər verir ki, istehlakçı Mehriban Kələntərli sosial şəbəkə paylaşımında bildirib ki, Birmarket-dən aldığı kofe maşını nasaz olduğu üçün servise təhvil verilib.

Onun sözlərinə görə, texnika faktiki olaraq servisdə 49 gün saxlanılıb ki, bu da qanunvericilikdə nəzərdə tutulan müddətləri əhəmiyyətli dərəcədə aşır. Uzun gözləmə müddətindən sonra alıcıya cihazın guya tam saz vəziyyətdə olduğu bildirilib və servis aktı təqdim olunub.

İddialarda diqqət çəkən məqam sənədlərlə bağlıdır. Mehriban Kələntərli qeyd edir ki, ilkin olaraq ona göstərilən servis aktı 5 dekabr 2025-ci il tarixli olub. Lakin sonradan iş yerinin ünvanına göndərilən başqa bir aktda tarix 15 noyabr 2025-ci il kimi göstərilib və texnikanın qanunla müəyyən edilmiş müddətdə təmir olunduğu qeyd edilib.

Beləliklə, istehlakçı servisdə real saxlanma müddəti ilə təqdim edilən rəsmi sənəddəki tarixlərin bir-birinə uyğun gəlmədiyini bildirir və bunu istehlakçıların çaşdırılması kimi qiymətləndirir. Onun sözlərinə görə, məsələ ilə bağlı Birmarket-lə dəfələrlə telefon əlaqəsi saxlanılıb və bütün müraciətlərin zəng qeydləri vasitəsilə yoxlanılması mümkündür.

Şikayətçi artıq istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan aidiyyəti dövlət qurumlarına müraciət etdiyini və rəsmi araşdırmanın nəticəsini gözlədiyini açıqlayıb.

Mehriban Kələntərli digər alıcılara müraciət edərək elektronika alarkən bütün sənədlərin saxlanılmasını, aktların surətlərinin mütləq götürülməsini və tarixlərin diqqətlə yoxlanılmasını tövsiyə edib. O, həmçinin istehlakçı hüquqları çərçivəsində pulun geri qaytarılması və ya məhsulun dəyişdirilməsi ilə bağlı real təcrübəsi olan şəxsləri məsləhətlərini bölüşməyə çağırıb.

Məsələ ilə bağlı Birmarket mağazalar şəbəkəsinin mövqeyi olarsa dərc etməyə hazırıq.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri