Icma.az
close
up
RU
Bişkekdə yazılan qardaşlıq salnaməsi

Bişkekdə yazılan qardaşlıq salnaməsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Xüsusilə qardaş Qırğız Respublikası ilə münasibətlər eyni soy-kökə, ortaq dini və mənəvi dəyərlərə, zəngin tarixi-mədəni irsə söykənir. Türk dünyasının iki qardaş ölkəsi arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri liderlər İlham Əliyev və Sadır Japarovun rəhbərliyi ilə son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun yüksək səviyyəsi fonunda iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənmiş, münasibətlər strateji məzmun qazanmışdır. Bunun nəticəsi olaraq Azərbaycan və Qırğızıstan arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksələrək daha da möhkəmlənmişdir. Bu xoş münasibətlər Türk dünyasında həmrəyliyin və birliyin möhkəmlənməsi, ortaq dəyərlərin qorunub inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan Qırğızıstan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi yadda qaldı. Bu səfər siyasi dialoqun daha da möhkəmlənməsi, ikitərəfli əməkdaşlığın və qardaşlıq münasibətlərinin inkişafı, eləcə də Türk dünyasında birlik və həmrəyliyin güclənməsi baxımından olduqca əlamətdar hadisə oldu. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı ona göstərilən yüksək ehtiram, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin strateji xarakterini və qarşılıqlı etimada əsaslandığını aydın şəkildə nümayiş etdirdi. Azərbaycan Qırğızıstan Dövlətlərarası Şurasının III iclası iki qardaş ölkə arasında siyasi dialoqun genişləndiyini, qarşıda mühüm perspektivlərin açıldığını göstərdi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi I dərəcəli “Manas” ordeni ilə təltif etməsi dövlətimizin başçısının Türk dünyasında malik olduğu yüksək nüfuzun və xidmətlərinə verilən dəyərin təzahürüdür. Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi isə iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini ortaya qoydu. Bütün bunlar Bişkekdə yazılan qardaşlıq salnaməsinin ən parlaq səhifəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq münasibətlərinin sarsılmaz təməllər üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirdi. 

Qırğızıstan Prezidenti Sadır Japarovun təltifolunma mərasimində səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və həyata keçirdiyi uğurlu siyasətin növbəti təsdiqi kimi diqqət çəkdi. Azərbaycanın regionda möhkəmlənən mövqeyi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına verdiyi töhfələr qardaş ölkələrin ölkəmizə olan yüksək ehtiramının göstəricisi kimi yadda qaldı. 

Bu münasibət Prezident İlham Əliyevin sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyinin rəsmi bəyanı oldu.

Liderlərin iştirakı ilə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi bir həqiqəti bir daha təsdiqlədi. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər bu gün sarsılmaz müttəfiqlik, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf edir. Bu da Türk dünyasının birliyi və ortaq məqsədləri naminə nümayiş etdirilən qəti siyasi iradənin ən parlaq nümunələrindən biridir. Məhz bu iradənin nəticəsidir ki, Azərbaycan liderinin həyata keçirdiyi ardıcıl və uğurlu diplomatiya qardaş dövlətlər arasında münasibətləri daha da möhkəmləndirərək əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm də onunla yadda qaldı ki, bu səfər Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün son dərəcə mühüm və etibarlı tərəfdaş olduğunu bir daha ortaya qoydu. Maraqla izlənilən Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi və imzalanan Çolpon-Ata Bəyannaməsi qardaş xalqlar arasında əməkdaşlığın və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən mühüm addım oldu.

Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qlobal arenada nüfuzlu dövlət kimi siyasi və iqtisadi platformalarda təşəbbüs və söz sahibi olaraq çıxış edir. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə yanaşı əməkdaşlığın genişlənməsinə və regional təşəbbüslərin formalaşmasına töhfələr verir. Ölkə başçısının Qırğız Respublikasına dövlət səfəri və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı bir daha göstərdi ki, Azərbaycan Mərkəzi Asiya, Türk dünyası, bütövlükdə dünya üçün etibarlı tərəfdaş, dialoq və əməkdaşlığı təşviq edən, müxtəlif coğrafiyalar arasında körpü rolunu uğurla yerinə yetirən əvəzsiz ölkədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri