Icma.az
close
up
RU
Qərb bölgəsinin bitki aləminin qorunmasına dair Gəncədə respulika elmi konfransı

Qərb bölgəsinin bitki aləminin qorunmasına dair Gəncədə respulika elmi konfransı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusundakı konfrans Elm və Təhsil Nairliyinin Gəncədəki Nəbatat Bağı tərəfindən  keçirilib.

İki günlük elmi foruma Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar bilavasitə və ya məruzələrinini göndərməklə qatılıblar.

Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan  elmi qurumların  nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.

AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Konfransın aparıcısı, AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Aynur Bayramova Nizami yurdunun alimləri adından tədbirə qatılan qonaqlara minnətdarlıq edib. O, konfransın proqrqmının zəngin olduğunu, Respublikanın istər qərb, istərsə də digər bölgələrində insan həyatı və fəaliyyəti üçün vacib olan ekoloji məsələlərin həllinə aid aktual mövzuları əhatə etdiyini vurğulayıb.

Respublika konfransını giriş sözü ilə açarkən, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O, AMEA-nın 80 illik yubileyi münasibətilə bu yaxınlarda keçirilmiş təntənəli yığıncaqda Azərbayvan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimizin qarşısındakı vəzifələr və inkişaf istiqamətlərinə həsr olunmuş  çıxışını tarixi hadisə kimi dəyərləndirib və dövlət başçısının öz nitqində səsləndirdiyi,  tariximizin, milli-mənəvi dəyərlərimizin və dilimizin  qorunması və elm adamlarının bu yöndə fəaliyyətlərinin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılması, eləcə də təbiət elmləri sahəsindəki tədqiqatların nəticələrinin istehsalata və insan rifahına xidmət edən digər sahələrə tətbiqi ilə ölkəmizin sürətli inkişafına yeni töhfələr vermək çağırışlarını alimlərimiz üçün bir proqram sənədi kimi xarakterizə edib.

Akademik Fuad Əliyev həmçinin dövlət başçısının uğurlu beynəlxalq fəaliyyəti sayəsində  qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib, bu baxımdan, alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə  öz töhfələrini verməyə çağırıb.

Gəncə Dövlət Unuversitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov da bu mötəbər elmi forum münasibətilə alimləri təbrik edərək, onun səmərəli keçəcəyinə ümid etdiyini dilə gətirib. O, antropogen amillər səbəbindən dünya miqyasında 21-ci əsrin təəssüf ki, təbiətə qarşı amansız davranışla seçildiyini bildirərək, bu problemin qlobal ekoloji böhran vəziyyətinə gəldiyini vurğulayıb.

V. Novruzov qeyd edib ki, qlobal dünyanın tərkib hissəsi kimi, planetin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyəti var və bu baxımdan, alimlər ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla onların həlli istiqamətində səylərini birləşdirməlidirlər və ötən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Bakıda keçirilən COP29 Konfransı da bu  məsələlərə xüsusi diqqət ayırıb.

Konfransın plenar iclasında həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, şöbə müdiri, dosent Ramidə Quliyeva,  Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov, Radiasiya Problemləri İnstitutunun professoru Elmixan Cəfərov, Dendrologiya İnstitutunun dosenti Minayə Həsənova, Azərbaycan Dövlət Aqrar Universitetinin professorları Nizami Seyidəliyev, Elxan Allahverdiyev, elmi işçisi Elgün Mahmudov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun professoru Ələddin Tağıyev, Gəncə şəhər Heydər Əliyev Parkının müdiri İlyas Məmmədov, EKO-Parkın direktoru Gülanə Əsədova, Gölgöl Milli Parkının direktorunun müavini Fuad Quliyev, Gəncə şəhəri Yaşıllaşdırma İdarəsinin baş aqronomu Rizvan Quliyev çıxış ediblər.

Sonra konfrans işini “Azərbaycanın qərb bölgəsinin bioloji  müxtəlifliyinin müasir vəziyyəti”, “Dərman əhəmiyyətli faydalı bitkilərin öyrənilməsi və səmərəli istifadə olunması yolları”, “Nadır və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya”, “Biomüxtəlifliyin  qorunmasında introduksiya və reintroduksiya”, “Qlobal iqlim dəyişmələri və onun floraya təsiri “, “Ölkə ərazisində yaşıllığın qorunmasında səmərəli landşaft dizaynının rolu ” və “İqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri” mövzularını əhatə edən yeddi bölmə üzrə davam etdirib.

“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusundakı respublika elmi konfransına ümumən 60 məruzə təqdim edilib və bu Konfransın materiallar ayrıca kitab şəklində nəşr olunub.

Zakir Muradov,

Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri