Icma.az
close
up
RU
Bitkilərin gizli dili

Bitkilərin gizli dili

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Sıx ağaclarla, rəngarəng güllərlə, bitkilərlə zəngin meşəyə girəndə ilk hiss etdiyin sonsuz hüzur və sükut olur. Qulağında quşların cəh-cəhi, yarpaqların xışıltısı ola bilər, amma bu səslərin arxasında daha dərin, insan qulağına çatmayan bir pıçıltı da dolaşır. Sanki ağaclar, kollar, otlar bir-birlərinə öz sirlərini danışır, dərdləşirlər.

Biz çox vaxt bitkilərə baxanda onları sakit, hərəkətsiz, səssiz varlıqlar kimi görürük. Onlar nə qaçır, nə danışır, nə də üsyan edirlər. Amma elm son illərdə sübut edib ki, bu sakit yaşıl dünyanın da öz dili, öz söhbəti var - bizim eşitmədiyimiz, bilmədiyimiz bir söhbət...

Əslində, bu, bir təsəvvür deyil. Elm sübut edib ki, bitkilər də danışır - amma bizim bildiyimiz kimi sözlərlə yox, kimyəvi qoxularla, torpaq altı əlaqələrlə və görünməz titrəyişlərlə. Onların bir-birilə ünsiyyət dili kimyəvi siqnallar, elektrik impulsları və hətta mikro-titrəyişlərdir. Məsələn, bir ağac zərərverici həşəratların hücumuna məruz qalanda yarpaqlarından xüsusi qoxu molekulları ifraz edir. Bu qoxu yaxınlıqdakı digər ağaclara xəbərdarlıq edir: "Diqqətli olun, təhlükə gəlir!" Yaxınlıqdakı digər akasiyalar bu qoxunu "eşidir" və dərhal müdafiə mexanizmini işə salır, yarpaqlarını həşəratlara dadsız və həzm olunmaz edən maddələr istehsal edirlər.

Bu xəbərdarlıq bəzən havadan yox, torpağın altından keçir. Hətta bəzi meşələrdə bu ünsiyyət o qədər güclüdür ki, "Ağac interneti" adlandırılan möcüzəvi mikoriza sistemi də mövcuddur. Torpağın dərinliklərində, gözə görünməyən göbələk telləri ağacların köklərini birləşdirir. Onlar bu şəbəkə vasitəsilə qida, su və siqnallar göndərirlər. Qoca, iri bir palıd ağacı yaxınlığında böyüyən gənc fidanlara əlavə qida göndərə bilər, sanki "narahat olma, böyüyəcəksən" deyir, onları "öz əlləri ilə" bəsləyib böyüdür.

Bəzən isə bu ünsiyyət çox incə bir formaya çevrilir. Təəccüblüsü odur ki, bəzi tədqiqatçılar bitkilərin zədələnəndə çox zəif səs dalğaları yaydığını da aşkar ediblər. İnsan qulağı bu səsləri eşitməsə də, xüsusi cihazlar onları qeydə ala bilir. Elə bil yarpaqlar incə bir "ah" çəkir, gövdələr sakitcə "danışır". Bu səslər bizim qulağımıza çatmasa da, ətrafdakı digər bitkilər üçün aydın bir mesajdır.

Bütün bunlar bizə göstərir ki, sükut həmişə həqiqi səssizlik deyil. Sən meşədə dayanıb "səssizliyi" dinlədiyini sanırsan, amma əslində sənin ətrafında saysız-hesabsız söhbətlər gedir: hansısa ağac kökləri ilə qonşusunu bəsləyir, hansısa çiçək yaxınlıqdakı başqa bitkiyə təhlükəni xəbər verir, hansısa kol torpaq altından susuz qalan dostuna su göndərir...

Bəlkə də bu ünsiyyət, biz insanların unutduğu bir mədəniyyətdir. O mədəniyyət ki, orada paylaşmaq, xəbərdarlıq etmək, qorumaq var. İnsan bəzən öz mənfəəti üçün qonşusunu görməzdən gəlir, amma bir ağac, öz kökündəki qidanı bölüşməkdən çəkinmir. Bitkilərin dili bizə təkcə bioloji bir möcüzə deyil, həm də unudulmuş bir dərsdir.

Qədim insanlar meşəni "canlı" adlandıranda çox haqlı idilər, əslində. Onlar bilirdilər ki, ağacların kölgəsi altında yalnız sərinlik yox, həm də min illərin gizli söhbətləri, sirləri dolaşır.

Bir anlıq düşünün ki, əgər biz bir gün bu dili öyrənə bilsək, bəlkə də dünyanın ən qədim və səssiz, amma ən zəngin söhbətlərinə qulaq asa biləcəyik.

Bir gün meşədə dayanıb yarpaqların xışıltısına, bitkilərin titrəyişinə diqqət yetirsən, bəlkə də həmin pıçıltıların ritmini hiss edərsən. Qulağın deyil, qəlbin eşidər onları. Çünki bu söhbətlər min illərdir davam edir və heç vaxt susmur. Onlar fəsillərin dəyişməsi ilə ahəng qurur, küləyin istiqamətinə uyğun yeni mövzular tapır. Əsas mövzu isə həmişə eynidir: birlikdə yaşamaq.

Kim bilir... Yoxsa hər ağac, hər çiçək, hər ot parçası bizə bir sual verir: "Siz insanlar da bir gün yenidən bir-birinizi bizim qədər dinləməyi öyrənəcəksinizmi?"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri