Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bitməyən cinayətlər Onlar tədbir görməlidir

Bitməyən cinayətlər Onlar tədbir görməlidir

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkədə bıçaqla törədilən cinayətlərin sayı artmaqda davam edir. Demək olar ki, hər gün bu qəbildən yeni bir hadisə qeydə alınır. Məişət zəminində baş verən mübahisələr və gənclər arasında zorakılığa meyl bu halların əsas səbəblərindəndir.

Bu cür halların sayını azaltmaq üçün nə edilməlidir?

Sözügüdən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən "Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı, fiziki və psixoloji şiddət halları ilə bağlı daha ciddi və sistemli tədbirlər görməlidir:

“Komitənin regionlarda nümayəndəlikləri və müxtəlif şöbələri mövcuddur ki, bu da sektorlar üzrə problemlərin təhlilinə imkan yaradır. Əgər ölkə üzrə ildə 100-200 arası məişət zorakılığı faktı qeydə alınırsa, onların səbəblərini və hansı şəraitdə baş verdiyini öyrənmək o qədər də çətin deyil. Bu məqsədlə interaktiv sorğular vasitəsilə bir neçə ailə seçilərək təhlil aparıla bilər. Hadisələrin mənbəyi müəyyən edildikdən sonra isə münasib tədbirlər təklif olunaraq zorakılıq hallarının qarşısının alınması mümkün olar”.

O qeyd edib ki, komitə bu istiqamətdə kifayət qədər geniş fəaliyyətlər həyata keçirməlidir:

“Bu prosesdə daxili qurumların, xüsusən də Səhiyyə Nazirliyi və digər aidiyyəti strukturların akademik yanaşma ilə iştirakı işin səmərəliliyini artırar.

Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin verilməsində müəyyən problemlər mövcuddur. Qısamüddətli orderləri icra hakimiyyəti, uzunmüddətli orderləri isə məhkəmələr verir. Hər iki halda icra hakimiyyəti, polis və müvafiq komissiyaların təqdim etdiyi sənədlər əsasında tədbirlər görülür. Bu isə güc strukturlarının birgə fəaliyyətini zəruri edir. Lakin səlahiyyətlərin müxtəlif qurumlar arasında bölüşdürülməsi bəzən çevik və operativ reaksiya verməyə imkan vermir. Nəticədə ailədə baş verən zorakılıq və hətta intihar halları belə diqqətdən kənarda qala bilir”.

Ş.Əliyev məsələnin kökündə ailədə baş verən zorakılıqların və onlardan yaranan səbəblərlə bağlı konkret informasiya və vahid konsepsiyanın olmamasının dayandığını əlavə edib: 

“Hazırda bu istiqamətdə milli fəaliyyət planı mövcud deyil. Ona görə də belə hallar davam edir. Ailə cəmiyyətin əsas nüvəsi, təməl daşıdır. Ona görə də bu sahəyə sistemli nəzarət zəruridir. Mümkündür ki, qısamüddətli mühafizə orderlərinin verilməsi birbaşa Komitəyə həvalə olunsun və ya bu səlahiyyət polisin üzərinə götürülsün. Beləliklə, reaksiya daha çevik ola bilər”.

Müsahibin sözlərinə görə, unutmamalıyıq ki, ailə, kişi və dövlət anlayışları bir-birini tamamlayan əsas sütunlardır:

“Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş gənclərin əksəriyyəti məhz sağlam ailə mühitində formalaşıb. Buna görə də milli birliyin əsası ailədə qoyulur və ailənin qorunmasına xüsusi diqqət yetirilməlidir. Ailə təsadüfi bir struktur deyil, cəmiyyətin möhkəmliyinin əsasını təşkil edir. Onu qorumağa daha ciddi yanaşmaq hər birimizin borcudur”.

Fidan Hacızadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri