Biz avropalılar olaraq hazırda əslində istədiyimiz və hətta oynamalı olduğumuz rolu oynaya bilmirik
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
"Avropa hazırda dünya işlərində istədiyi rolu oynaya bilmir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Mertz deyib.
O qeyd edib ki, Avropa indi yenidən birləşməyə çalışır və Almaniya regionun ən böyük ölkəsi kimi bu prosesdə mühüm rol oynayır.
Bununla belə, o, avropalıların müstəqil fəaliyyət üçün imkanlarının məhdud olduğuna diqqət çəkib.
"Biz Amerikanın köməyindən asılıyıq. Görürük ki, Çin, Braziliya və dünyanın digər ölkələri Rusiya ilə münasibətlərdə özlərini sərbəst hiss edirlər. Şanxay Əməkdaşlıq Təşkilatı adlanan formatda yeni tərəfdaşlıq yaranır. Mən narahatam, etiraf etməliyəm ki, biz avropalılar olaraq hazırda əslində istədiyimiz və hətta oynamalı olduğumuz rolu oynaya bilmirik ki, maraqlarımızı təmin edə bilək”", - o qeyd edib.
Kansler etiraf edib ki, onun xarici siyasət fəaliyyəti Almaniya daxilində tənqid olunub.


