Polşa Maskı “Starlink” dən imtina etməklə hədələdi “Biz başqalarını axtarmalı olacağıq...”
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski “SpaceX”-in sahibi və baş direktoru İlon Maskın Ukrayna üçün “Starlink” kommunikasiya şəbəkəsini kəsəcəyi ilə bağlı xəbərdarlığından sonra bu sistemə alternativ axtardıqlarını etiraf edib.
Sikorski X sosial şəbəkəsində “əgər “SpaceX” etibarsız xidmət təminatçısı olduğunu sübut edərsə, o zaman biz başqalarını axtarmalı olacağıq" yazıb.
Bundan əvvəl İlon Mask X-də yazıb ki, onun “Starlink” sistemi “Ukrayna ordusunun onurğa sütunu”dur. ABŞ Prezidenti Donald Trampın ən yaxın adamlarından biri sayılan Mask “söndürsəm, onların bütün cəbhə xətti dağılacaq” deyə yazıb.
Həmin yazıda Mask Ukraynadakı müharibəni çoxillik dalana dirəniş adlandıraraq, Kiyevin münaqişədə qalib gəlmək iqtidarında olmadığını demişdi.
"Həqiqətən qayğı göstərən, düşünən və anlayan hər kəs bu ətçəkən maşının dayanmasını istərdi" deyən Mask,postunu "indi sülh!!" sözləri ilə bitirib.
Polşanın Xarici İşlər naziri Radoslav Sikorski yazıb: “Ukrayna üçün “Starlink” xidmətləri Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən ödənilir və bu, ildə təxminən 50 milyon dollar təşkil edir. Təcavüz qurbanını hədələmək etikasını bir kənara qoysaq belə, “SpaceX” etibarsız provayder olduğu ortaya çıxarsa, biz başqalarını axtarmağa məcbur olacağıq".
Daha sonra ABŞ dövlət katibi Marko Rubio Radoslav Sikorskinin yazısına cavab verib. O, X sosial şəbəkəsində qeyd edib ki, heç kim Ukraynanı “Starlink”-dən ayırmaqla hədələməyib.
"Təşəkkür edirəm, çünki “Starlink” olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar", - Rubio əlavə edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















