Icma.az
close
up
RU
Biz bütün məsələlərdə öz gücümüzə arxalanmışıq

Biz bütün məsələlərdə öz gücümüzə arxalanmışıq

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Qlobal düzənin yenidən formalaşmasının qaçılmaz olduğu artıq hər kəs tərəfindən qəbul edilir. Dünya dövlətləri artıq köhnəlmiş, öz missiyasını tamamlamış qlobal sistemin şərtləri çərçivəsində fəaliyyət göstərmək niyyətində deyillər. Ölkələr beynəlxalq iqtisadi və siyasi münasibətlərdə ikitərəfli əlaqələrə, xüsusilə önəm verməyə başlayıblar. Milli maraqların və milli təhlükəsizliyin qorunması, ənənəvi dəyərlərə sadiqlik getdikcə aktuallığını artırır.

Bu mənada martın 13-15-də paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu və orada müzakirə olunan məsələlər qlobal problemləri əhatə edir. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusu həm də aparıcı beyin mərkəzlərinin müraciət etdiyi məsələlərdəndir. Foruma hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı tədbirin samballılığından, siyasi çəkisindən xəbər verir. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətini, müzakirə olunan məsələlərin dünya üçün vacibliyini ətraflı izah edib”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.Onun sözlərinə görə, XII Qlobal Bakı Forumun iştirakçılar qlobal gündəlikdə duran məsələlər barədə öz düşüncələrini, mövqelərini açıqladılar: “Dünyada müşahidə olunan müharibələr, münaqişələr, siyasi çəkişmələr fonunda nüfuzlu siyasi xadimlərin, düşüncə adamlarının yanaşmalarına, fikirlərinə böyük ehtiyac vardır. Bir sıra hallarda eyni məsələ ilə bağlı üst-üstə düşməyən mövqelər olur ki, bu da bizə həqiqəti, doğru yolu tapmaqda kömək olur. Çünki həqiqət müxtəlif fikirlərin toqquşması nəticəsində meydana çıxır. Qlobal Bakı Forumunu əhəmiyyətli, gərəkli edən də məhz budur. Müzakirələr nəticəsində yeni ideyalar ortaya çıxır ki, bu da beynəlxalq məsələlərə yanaşmanı formalaşdırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ənənəvi dünya nizamı artıq mövcud deyil, yeni düzən üçün axtarışlar aparılır. Azərbaycan da yeni düzən üçün axtarışlara çox fəal şəkildə qoşulub. Yeni düzən formalaşmadığı üçün ölkələr öz milli maraqlarını, daxili təhlükəsizliklərini qorumalıdırlar. Ölkələr beynəlxalq təşkilatlara əvvəlki kimi güvənmirlər. İkitərəfli əməkdaşlıq daha etibarlı, effektli format kimi qəbul olunur. Nə qədər acı olsa da, artıq beynəlxalq hüququn işləmədiyini söyləyə bilərik. Biz bunu Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı zamanı gördük. ABŞ-ın İraq və Əfqanıstana hücumları, Qəzza zolağında baş verənlər, Rusiya-Ukrayna müharibəsi də beynəlxalq hüququn işləmədiyini söyləməyə imkan verir. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə öz gücünə, daxili imkanlar hesabına ədaləti bərpa etdi, BMT qətnamələrini icra etdi”.Millət vəkili bildirdi ki, indi dünya qlobal transformasiyanın ilkin mərhələsindədir: “Ənənəvi beynəlxalq ittifaqlar, birliklər dağılmaq üzrədir, ya da formal fəaliyyət göstərirlər. Dövlətlər öz yolunu müəyyənləşdirmək üçün yeni əməkdaşlıq formatları müəyyənləşdirməlidirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq ikitərəfli və regional əməkdaşılığa üstünlük verir. Eyni zamanda biz həm türk dilli dövlətlərlə, həm də müsəlman dövlətləri ilə müxtəlif təşkilatlar daxilində əməkdaşlıq edirik. Biz heç bir dövlətin himayəsinə sığınmamışıq, bütün məsələlərdə öz gücümüzə arxalanmışıq. Dünyanın aparıcı dövlətlərinin himayəsinə sığınıb, dəstəyinə arxalanıb hərəkət edən dövlətlərin çöküşünü izləməkdəyik. Çünki günlərin birində bu dəstək dayana bilər və sən öz ayaqların üzərində dayana bilməyəcəksən. Bu reallıqdır. Ölkə başçısı “Euronews”a müsahibəsində bu məsələlərə toxundu və çox aydın şəkildə vəziyyəti şərh etdi. Qlobal geosiyasi dəyişikliyin mənbəyinin ABŞ olduğunu deyən Prezident əlavə etdi ki, Ağ Evdə qəbul edilən qərarlar qlobal düzənə ciddi şəkildə təsit edir: “Bu qərarlar Avropa Birliyinə, Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdə baş verənlərə birbaşa təsir göstərir. Bütün bunlar onu göstərir ki, dünya düzəni dayanıqlı deyil, etibarlı prinsiplər, bağlar üzərində qurulmayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri