Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Biz daha qaçqın deyilik! Rafiq Yusifli yazır

Biz daha qaçqın deyilik! Rafiq Yusifli yazır

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bu yaxınlarda, ilin, ayın xoş çağlarında, torpaqlarımızın azad olduğunun sevincini yaşadığımız günlərdə kimlərinsə qaçqınlar, köçkünlər söhbəti salanda düzü, sözün əsl mənasında iyrəndim, ağızlarından gələn iyi-qoxudan ürəyim qalxdı. Bəri başdan deyim ki, bunların indi deyilməsi də mənə qəribə gəldi. İndi hamının torpağına, kəndinə qayıdanlara həsəd apardığı, qaçqınkomda rayona getməkdən ötürü dava-dalaş salanların sayı-hesabı olmadığı vaxt, heç hənanın yeridi?  

    İndi sosial şəbəkələrdə, yutubda işğaldan azad olunmuş kəndlərində, izi-tozu da qalmayan yurd yerlərində heç bir şadlıq sarayında görmədiyimiz ruh yüksəkliyi, sevinclə, bər-bəzəkli mağarlar qurub torpaq sevinci, yurd sevinci keçirənlərə -"niyə çıxıb yerlərinə getmirlər " demək nə qədər qansızlıqdır.

   Evindən, eşiyindən qabaq öz qəbristanlıqlarını bərpa edənləri, hasarlayanları, ətrafına ağac əkənlərə necə -bunların heç on faizi rayonlara qayıtmayacaq, demək olar. Bu illər ərzində qocalardan, xəstələrdən ən çox eşitdiyim söz bu olurdu-dünyanı tutub getmiyəjəm haa, ancaq burda ölmək istəmirəm, gedim ayağım o torpağa dəysin, torpağı öpüm sonra elə orda da ölüm deyənlər az olmayıb. Lap elə bu günlərdə Füzuliyə, Qarəmmədli bulağına mahnı oxuya-oxuya, qol qaldırıb oynaya-oynaya gedən bir orta yaşlı qadının 2-3 saat sonra elə Füzulidə vəfat etdiyini çox adam eşidib yəqin. Allah onun duaların, arzuların eşidib, bəlkə də yataqxanada rəhmətə getsəydi, övladlarına daha böyük dərd olardı. Allah rəhmət eləsin.

     Belə torpaq, Vətən sevgisini başa düşməyənlərə nə qədər hirslənsəm də, bizim vətən həsrəti çəkdiyimizi onlara arzu etmirəm, Allahın ən sevmədiyi insan, bəd dua edənlərdi!

   Vaxtı ilə, gözəl sənətkarlarımız Nizami Abdullayev, Manaf Ağayev, Təşkilat Nəsirov və rəhmətlik Eldar Novruzovun toylarda yanıqlı səslə-“Ey bizə qaçqın deyənlər, bizim də yurdumuz -yuvamız olub”, “Sorma məndən nəyim qaldı, Füzuli tək elim qaldı”, “Qarabağ Şikəstəsi” oxuyada məclisin yarısının gözlərindən yaşın sel kimi axdığını görənləri necə qınamaq, “bunlar Bakıda bu boyda evlərin qoyub Qarabağa gedəndilər” demək olar!

   Eşidin, agah olun və ağıllı olun, qəlb sındırmaq ağır şeydi, Allah göydən baxır! Bu gün bizə qaçqın deməyiniz heç vecimizə deyil, çünki, biz artıq qaçqın deyilik, evinin, eşiyinin tikilib qurtarmasını səbtsizliklə gözləyən insanlarıq və inşallah çox keçməz vətənə qayıdacağıq.

   Bir də ona görə vecimizə deyil ki, ilk qaçqınlıq günündən dövlətimiz, on milyonluq xalqımız tərəfindən bizə edilən hörmətin yanında bu sözlər milçək vızıltısıdır. Bizə boş evinin, bağının, yataqxanaların  açarını verib, torpaqlar alınana kimi yaşayın, deyən insanların yanında bunlar okeanın yanında bir damcıdır.

   Özümə söz vermişəm Bakıya  gəldiyimiz ilk günlərdə, Yeni Günəşlidəki bir otaqlı evinin açarını bizə təmənnasız verən, heç tanımadığım, qohumlarımın tanışı  Aslan adlı bir oğlanı özümlə aparıb Qarabağı gəzdirəcəm, Allah qismət eləsin!

   Biz kefimizdən gəlib bura çıxmamışıq. Vaxtı ilə Bakıya bir iş üçün gələndə çalışmışıq ki, lap gecə də olsa qayıdaq kəndimizə, kəsəyimizə, səmimiyyətimə inanın!

   Qaçqın sözün eşidəndə, ömrünü cavan yaşında ürək tutmasından vəfat edən, gözəl şair, eloğlumuz Vahid Əlifoğlunun ( bu misralarını o vaxtlar hamının kövrələ-kövrələ təkrarladığı) şeiri tez-tez  yadıma düşürdü (Onun ölümünə yazdığım “RUH” şeirimi dostum Əbülfət Mədətoğlu “Ədalət” qəzetində çap etdirmişdi, sağ olsun) .

       “Mən çadır altında doğulmamışam,

        Mənim evim olub, eşiyim olub,

        Ağacdan asılan beşiyim olub,

        Döşəmə üstündə iməkləmişəm,

        Bir tavan altında dilim açılıb,

         Mən çadır altında doğulmamışam”!

   Qaçqınlıq, köçkünlük dövründə, yeni yaşayş tərzi, yeni insanlar, küçələr, bazarlar, xülasə ətrafda olan hər şey hamımıza qəribə gəlirdi. Fikirləşirdin ki, necə olar qonşuda qarşına çıxan, küçədə rast gəldiyin  adamla, salamlaşmayıb keçəsən. Qonşunun kim olduğun, toyun, yasın,  bilməyəsən, hal əhval tutmayasan. Füzulidə yolunan gedəndə fikirli olub, birinə salam verməyəndə yarı ciddi, yarı zarafat irad bidirirdilər ki, day adama salam-zad vermirsən, noolub belə! Allaha, tanrıya and içib deyəndə ki, vallah fikirli olmuşam, bağışla. Sonda inanırdılar.

  Hələ bir dostumuzun atası rayondan təzə gələndə, metro vaqonuna girəndə, camaatın seyrək vaxtı, içəridəkilərə üz tutb -Hamılıqca sabahınız xeyir-dedikdə vaqondakılar kişiyə baxıb gülüşmüşdülər. Onlara bu qəribə, görünməmiş hal kimi təəccüb doğurmuşdü.

    Yadımdadı bir dəfə avtobusda gedəndə cavan qadın oturduğu yerdən durub, yaşlı kişiyə, kənd adamına, bəlkə də qaçqına yer verəndə, həmin qoca avtobusdan düşən vaxt ona yer verən xanımın da yol pulun verməyə çalışırdı, sən mənə hörmət elədin, qou pulunu verim, qadın imkan vermədi. Bu idi insanın sayıb, sayılmaq etikası (kişi buna şəhərdə etika deyildiyin heç bilmirdi də, sadəcə o belə görmüş, götürmüşdü).

    İlk vaxtlar yataqxanalarda yer tapanlara  gözaydınlığı verənlər olurdu, amma füzulilərin bu adamın qoyub gəldiyi evini, imarətin xatırlayıb köks ötürənlər daha çox ourdu.

    Nadir hallarda bazara yolum düşəndə satılan əzilmiş, büzülmüş, yarı kal, yarı çürük   meyvələri, alçanı, əriyi  görəndə, yanımda yerlilərimiz olanda bir-birimizə deyirdik ki, bu meyvələri inəyin, camışın qabağına tökürdük, gözünün ucuynan baxmırdı, indi gör camaat nəyə pul verir.

     Mən Qarabağlıyam, dünyanın çox ölkələrində olmuşam (konfranslarda və s. alverdə yox), çox istirahət yerlərində olmuşam və o yerləri görəndə istər-istəməz daxilimdə bir müqayisə etmək istəyi yaranıb və hər dəfə öz yerimizi bu yerlərdən üstün bilmişəm. Bu günlərdə dostum Faiq Qismətoğlu ilə söhbət edəndə yenə torpaq, el-oba yadıma düşdü və çoxdan, 15 ildən artıq bir vaxt Yessentukidə yazdığım bir yazını xatırladım, o da xahiş etdi ki, şeiri ona göndərim. Şeirin yanına bu gün yazdığm yuxarıdakıları da əlavə etdim ki, hara getsək də, hərənin öz doğulduğu torpaq, o insanları ona hər yerdən, hər şəraitdən əzizdir. Amerika yazıçısi Uilyam Folknerin bir sözün xatırladım- “Vətənin  bir poçt markası boyda  torpağından neçə roman yazmaq olar”. Əsl insan, əsl kişi sözü  deyib!

 Yessentukidə axırıncı dəfə olanda yazmışdım (2010-cu il)

Bu yeri özümə mən yaylaq seçdim,

Havasını uddum, suyundan içdim,

Baxçasından keçdim, bağından keçdim,

Qoy qalsın yolunda, addımım, rəddim,

 “Bəlkə bu yerlərə bir də gəlmədim”.

Çox da ki, hər tərəf çəmən, gül, çiçək,

Yağışın yuduğu yarpaq nə göyçək,

Havada nə toz var, nə cücə-böcək,

 Nə olsun, baxsam da açılmır qəlbim,

“Bəlkə bu yerlərə bir də gəlmədim”.

Gün düşür, parlıyır Elbrus dağı,

Xəyalım dolanır can Qarabağı,

Olsaydı Kəlbəcər, Şuşa torpağı,

Mənim bu yelərdə nə idi dərdim,

“Bəlkə bu yerlərə bir də gəlmədim”.

          İlahi qurduğun cənnətə şükür,

          Verdiyin ruziyə, nemətə şükür,

          Yazdığın ömürə, möhlətə şükür,

          Qismət sən verəndi, dedim, demədim,

         “Bəlkə bu yerlərə bir də gəlmədim”.

P.S. “Bəlkə bu yerlərə bir də gəlmədim”  misrası ölməz şairimiz Məmməd Arazındı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri