Icma.az
close
up
RU
Suyun qiyməti 2 dəfə ucuzlaşdırıla bilər KÜNCDƏN BAXIŞ

Suyun qiyməti 2 dəfə ucuzlaşdırıla bilər KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

Məlum olduğu kimi bu günlərdə suyun qiyməti ilə bağlı müzakirələr gedir. Bir neçə gün əvvəl İŞBSTX (keçmiş Azərsu) rəsmisi Aydın Abbasovun su tarifləri ilə bağlı son açıqlaması əhalidə suyun qiymətinin bahalaşacağı haqda narahatlıq yaradıb. Açıqlamaya görə, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlir. Hazırda əhali üçün su istifadəsinin 1 kubmetri 1 manat təşkil edir. Abbasovun sözlərindən belə çıxır ki, tarif ən azı 2 dəfə artırılmalıdır. Bəs bunun üçün əsas varmı? Gəlin baxaq.

Əvvəla, qeyd olunan açıqlama tamamilə cəfəng açıqlamadır. Suyun real maya dəyəri deyiləndən azı 2 dəfə aşağıdır. İkincisi, suyun maya dəyərinə təsir edən əsas faktor ölkəmizdə dünya rekordu səviyyəsində olan su itkiləridir ki, bu da ortalama 35 faiz təşkil edir. Dünyada 5 faizlik itki normal qəbul olunur. Bizdə isə bu 7 dəfə çoxdur. Hətta, bur neçə il əvvəl cənab Prezident bunu müşavirədə dedi və çox sərt şəkildə tənqid etdi.

Digər kommunal təchizatçılardan (Azərenerji, Azəriqaz) fərqli olaraq Azərsu (indiki İŞBSTX) məhsul istehsalçısı deyil. Azərienerji və Azəriqaz min bir zəhmət, enerji, texnologiya sərf edərək məhsul istehsal edir, emal edir hazır məhsul şəklinə gətirir və əhaliyə satır. Suda isə vəziyyət belə deyil, burada söhbət sadəcə hazır təbii məhsulun abonentlərə ötürülməsindən gedir. Ötürmə funksiyasının qiyməti də bu dərəcədə yüksək ola bilməz. Bu mümkün deyil. Mən hesab edirəm ki, suyun maya dəyəri heç 50 qəpik də deyil. Məntiqlə suyun maya dəyəri ən azı 2 dəfə ucuzlaşdırılmalıdır.

“Azərsu” son 20 ildə dövlət büdcəsindən ən çox kredit, borc alan, xarici fondlardan ən çox kredit cəlb edən təşkilatdır. Yəni ölkədə ən çox vəsait alan təşkilatdır və bu pulların çoxu batıb. Ortada heç bir nəticə yoxdur, su təchizatında irəliləyiş yoxdur. Əvvəlki problemlərin hamısı qalıb, daha da kəskinləşib. Bu da o deməkdir ki, bu pullar çox effektsiz, yararsız işlədilib, pullar yeyintiyə uğrayıb, vəsaitlər düzgün xərclənməyib, normal kadr yoxdur. Bu sahədə çoxlu problemlər var.

Suyun uçotdankənar obyektlərə verilməsi, düzgün olmayan idarəetmə nəticəsində dağıdılması, su fondlarının bərabər paylaşdırılmaması, yaşıllıqların suvarılmasında çox ciddi su itkisinə yol verilməsi, bu kimi suni problemlər suyun maya dəyərini artırır.

Müxtəlif bəhanələrlə gətirirlər ki, əhali sudan qənaətlə istifadə etmir. Amma bu tamamilə yanlışdır. Heç kəs dəli deyil ki, suyu lüzumsuz yerə istifadə edə və artıq pul ödəyə. Suyu israf edən şəxslər idarənin özüdür.. Yaxşı olar ki, özləri su itkilərinin qarşısını alsınlar. İndiyə qədər ayrılan milyardlarla vəsaitin hesabatını versinlər. Niyə ölkədə dövlət büdcəsindən, xarici fondlardan ən çox pul alan təşkilat bunlar olduğu halda, bu sahədə vəziyyət daha da pisləşir? Davamlı şəkildə suyun qiyməti bahalşdırılır. Problem də xalqın boynuna qoyulur.

Faktiki surətdə istənilən formada sübut etmək mümkündür ki, bu qədər itki, bu qədər vəsait vətəndaşların problemləri deyil. Əhali onsuz da suyu qənaətlə işlədir. Yaxşı olardı ki, Hesablama Palatası orada audit keçirsin. Bu yaxınlarda başqa təşkilatlarda maya dəyərinin şişirdilməsi üzə çıxmışdı. Mən əminəm ki, tam genişmiqyaslı yoxlama aparılsa, ən çox maya dəyərini şişirdən və bunu əhalinin boyuna atmaqda 1-ci yeri İŞBSTX tutacaq.

Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

Ölkədəki astromonik su “itkisinin” qarşısı alınsa, suyun idarəedilməsinə peşəkar yanaşılsa maya dəyəri dəfələrlə aşağı düşər, hətta içməli suyun qiymətini 2 dəfə ucuzlaşdırmaq mükündür. Faktiki olaraq qonşu ölkələrdə suyun qiyməti bizdən xeyli ucuzdur.

Su sektoruna ayrılan vəsaitlər digər sahələrin hamısından çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər- bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında lazımi tədbirlər görülməyib ki, 21-ci əsrdə bakıda su qrafiklə verilir. Hələ mən bu suyun həcmindən danışıram, keyfiyyətindən yox. Keyfiyyət tamam ayrı mövzudur və daha böyük problemdir. Bu barədə növbəti yazılarımızda danışacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri