Icma.az
close
up
RU
Biz futbol bayramı yaşamağa hazır olmalıyıq Ekspertdən RƏY

Biz futbol bayramı yaşamağa hazır olmalıyıq Ekspertdən RƏY

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

""Qarabağ" dünənki matçda çox gözəl futbol nümayiş etdirdi. İstər taktiki baxımdan, istərsə də oyun, ümumilikdə oyun nizam-intizamlılığı baxımından çox yaxşı təsir bağışladı. Xüsusilə də Qurban Qurbanovun təcrübəsi bu məsələdə çox böyük rol oynadı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman  idman jurnalisti, ekspert Kənan Məstəliyev UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Ferentsvaroş" oyununun nəticəsindən danışarkən bildirdi.

""Ferentsvaroş" güclü rəqib idi və öz meydanında oynayırdı. Ümumiyyətlə, Macarıstan səfərləri həmişə çətin olur. Orada oynamaq, azarkeş basqısı və futbolun səviyyəsinin yüksəkliyi baxımından hər zaman çətindir. Amma "Qarabağ" belə matçlara öyrəncəlidir. Daha böyük matçlarda iştirak edib, daha güclü rəqiblərlə oyunlarda fərqlənib. Yəni təcrübə öz rolunu oynayır.

Ümumiyyətlə, Çempionlar Liqasında və Avrokuboklarda təcrübə həmişə əsas rol oynayan amildir. Çünki oynayırsan, məğlub olursan, bəzi səhvlərin olur, onlardan nəticə çıxarırsan və təcrübə qazanaraq o səhvləri bir daha etmirsən. Birinci hissədə "Ferentsvaroş" daha yaxşı oynayan tərəf idi. Onlar daha ehtiyatlı oynadılar, müdafiədə diqqətli oldular və əllərinə düşən fürsətdən istifadə etdilər. Fasiləyə qədər üstünlük təbii ki, meydan sahiblərində idi".

Ekspert əlavə etdi ki, fasilədə Qurban Qurbanov öz müdaxilələrini etdi və futbolçularımız daha diqqətli davranaraq, daha dəqiq, istəkli oynayaraq üç top vuraraq hesabı bizim lehinə çevirdilər.

""Qarabağ" çox gözəl futbol oynadı, taktiki baxımdan da doğru addımlar atdı və bu qələbə ilə böyük üstünlük qazandı. İndi bir həftədən sonra Bakıda cavab qarşılaşması var. Hesabda da üstünlük biz tərəfdədir, mənəvi-psixoloji üstünlük də bizim tərəfimizdədir, meydança üstünlüyü də biz tərəfdədir.

Mən əminəm ki, biz eyforiyaya qapılmasaq, qələbə sevincindən diqqətimizi itirməsək, rəqibin Bakıda heç bir şansı olmayacaq və biz səkkiz illik fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsinə çıxış hüququ qazanacağıq. Mən buna inanıram, ümid edirəm və əminəm. Çünki Qurban Qurbanovun rəhbərliyi altında olan "Qarabağ" buna qadirdir və bu şansı əldən qaçırmayacaq.

Azərbaycanı çox gözəl bir futbol payızı gözləyir. Böyük komandaların Azərbaycana gəlmə şansları artıb və biz çox gözəl bir futbol bayramı yaşamağa hazır olmalıyıq", - deyə Kənan Məstəliyev qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri