Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... Karis
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın vaxtlarda Rusiyanın Estoniyaya qarşı təcavüzə başlayacağı ehtimalı azdır. Lakin 5, 10 və ya 15 ildən sonra vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.
Axar.az xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis “Espresso”nun efirində bildirib.
Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazır olmalıdır, çünki dövlətin zəif tərəflərindən biri mülki əhalinin hazırlıq səviyyəsidir.
Karis vurğulayıb ki, Estoniyanın artıq hazırlıqlı hərbi ehtiyatı və müdafiə ittifaqı var:
“İstənilən şey baş verə bilər, amma biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Bu hazırlıq son dərəcə vacibdir. Bu istiqamətdə çox iş görmüşük: yaxşı hazırlıqlı hərbi ehtiyatımız, həmçinin müdafiə ittifaqımız var. Eyni zamanda, yəqin ki, zəif tərəflərimizdən biri mülki əhalinin hazırlığıdır. Bizdə sığınacaqlar və digər zəruri imkanlar kifayət qədər deyil. Bu məsələdə Ukraynadan öyrənə bilərik”.
O qeyd edib ki, hazırda Rusiya çox zəif durumdadır:
“Amma 5, 10 və ya 15 ildən sonra nə baş verəcəyini heç kim bilmir. Mən həmişə İkinci Dünya müharibəsindən əvvəlki dövrü nümunə gətirirəm. O zaman bizim möhtəşəm ordumuz var idi, amma müttəfiqlərimiz yox idi və tək idik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















