Icma.az
close
up
RU
Biz multikultural cəmiyyətik və ənənələri yaşatmaq bizim borcumuzdur SOSİOLOQ ŞƏRH ETDİ

Biz multikultural cəmiyyətik və ənənələri yaşatmaq bizim borcumuzdur SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Yardımlaşma, filantropiya və bölüşmə mədəniyyəti Azərbaycan cəmiyyəti üçün həmişə xarakterik olub. Azərbaycan xalqı multikultural bir cəmiyyətdir. Cəmiyyətimiz həmişə bir-birinə dayaq durub". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, hələ orta əsrlərdə Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi deyirdi:

“Bizdə bərabərdir hamının barı, bərabəri; bölərik bütün malları. Bizdə artıq deyil, bizdə ağlayana heç kimsə gülməz”.

"Bu da göstərir ki, orta əsrlərdən bu yana Azərbaycanda həmişə filantropik dəyərlər, paylaşma və bölüşmə mədəniyyəti mövcud olub. Bu, həm İslama qədərki dövrdə, həm də İslam dövründə özünü göstərib. Dədə Qorqud dastanlarında və Azərbaycan aşıq ədəbiyyatında da bu dəyərlər öz əksini tapıb. İslam dinində belə bir maraqlı məqam var: sağ əlin verdiyini sol əl bilməməlidir. Bu, əxlaqlı bir yanaşmadır. Amma yaxşı nümunələrin, örnəklərin yayılması üçün media vasitəsilə paylaşılması da mümkündür – təbii ki, bunu özünü reklam məqsədilə yox, örnək olmaq və təşviq üçün etmək lazımdır. Əgər kimsə paylaşdığı yardımla bağlı mükafat gözləyirsə, bu, artıq mənəvi çatışmazlıqdır. Bu örnəkləri yaymaq lazımdır ki, insanlar arasında korporativ sosial məsuliyyət və paylaşma mədəniyyəti artsın. Bu, həm dinimizdə var, həm də milli-mənəvi dəyərlərimizdə. Azərbaycan atalar sözlərində də deyilir: “Sevinci bölərsən, çoxalar; kədəri bölərsən, yox olar.”

Azərbaycan cəmiyyəti sosial cəmiyyətdir. İnsanlar hər zaman bir-birinin dərdini bölüşüb. Məhz buna görə də Azərbaycanda intihar və sosial təcrid halları az olub. İnsanlar problemlərini paylaşmağı bacarıb. Bəzən isə olur ki, bəzi insanlar xırda yardımı özünü tərif üçün nümayiş etdirir. Bu, etik baxımdan doğru deyil. Amma filantrop dəyərlərin, xeyriyyəçilik nümunələrinin tanıdılması müsbət haldır.

Ölkə başçısı da zaman-zaman çıxışlarında qeyd edir ki, sahibkarlar təkcə gəlir deyil, sosial məsuliyyət də daşımalıdır. Bu, dövlətin deyil, bütövlükdə cəmiyyətin məsələsidir. Və biz bu dəyərləri gələcək nəsillərə sosial varislik yolu ilə ötürməliyik – eqoist şəkildə yox, əxlaqi formada. Bu, bizim millətimizin xarakterindən və təbiətindən doğur. Biz multikultural cəmiyyətik və bu ənənələri yaşatmaq bizim borcumuzdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri