“Biz onları Hitlerin əlindən xilas etdik, onlar isə...” İran XİN in sözçüsü
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekai İsrailin son hücumlarına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, o, İkinci Dünya müharibəsi zamanı iranlıların yəhudiləri nasistlərdən qoruduğunu xatırladaraq, bu gün onların eyni xalq tərəfindən bombalanmasını tarixi ədalətsizlik adlandırıb.
“İkinci Dünya müharibəsində məhz iranlılar Hitlerin təqiblərindən qaçan yəhudiləri gizlətdi və xilas etdi. Hətta çoxlu sayda polyak və fransız qaçqınlara İran pasportları verildi. Bu, ölkəmizin humanist ənənələrinin sübutudur,” – deyə Bekai bildirib.
O, həmçinin Fransanı da tənqid edib. Bildirib ki, İsrailin İran ərazisindəki “dinc nüvə obyektlərinə və yaşayış məntəqələrinə” endirdiyi zərbələr beynəlxalq hüququ pozur. Fransa prezidenti Emmanuel Makronun İranın nüvə proqramı ilə bağlı açıqlamalarını isə “ikisifətlilik və riyakarlıq” adlandırıb.
Xatırladaq ki, bir neçə gün öncə Britaniya, Almaniya və Fransa liderləri ortaq bəyanat yayaraq, İranın nüvə fəaliyyətindən narahat olduqlarını, İsrailin özünü müdafiə etmək hüququnu tanıdıqlarını və tərəfləri eskalasiyadan çəkinməyə çağırmışdılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















