Icma.az
close
up
RU
Biz Türkiyə mediasından bunu gözləmirdik! RƏSMİLƏR NİYƏ SUSUR?

Biz Türkiyə mediasından bunu gözləmirdik! RƏSMİLƏR NİYƏ SUSUR?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir. 

Türkiyə mediası da bu münaqişə ətrafında geniş müzakirələr aparır. 

Lakin təəssüflə qeyd etməliyik ki, qardaş Türkiyənin bəzi media qurumları bu müzakirələrdə Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirir və yalan məlumatlat yayır. 

Əvvəla onu xüsusi olaraq qeyd edək ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiya yayılanda qardaş ölkə buna çox həssas yanaşır və bu məlumatları inkar edərək dezinformasiya adlandırır, qarşısının alınması üçün tələblər irəli sürür. 

Hətta qardaş Türkiyə təmsil olunduğu ölkələrdə dezinformasiyalarla mübarizə aparmaq üçün səfirlikləri və diplomatları da səfərbər edib. Əgər Türkiyə barədə hər hansı yanlış və ya dezinformasiya xarakterli məlumat yayılırsa, bu öllənin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verir və həmin məlumatın digər ölkə medialarında yayılması da təşkil olunur.  Məsələn, Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaların təkzibini Azərbaycan mediası da sevə-sevə yaydı.

Təəssüflə qeyd etməliyik ki, biz bu dəstəyi və aktivliyi qardaş ölkədən görmürük. İstər İsrail-Fələstin münaqişəsi zamanı, istərsə də İsrail-İran toqquşmasında Türkiyə mediasında Azərbaycan-İsrail münasibətləri fonunda yalan və böhtan xarakterli informasiyalar yayılmaqdadır. Lakin nədənsə qardaş Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər. 

Son günlər qardaş Türkiyə mediasına nəzər saldıqda görürük ki, sanki erməni telegram kanallarla birləşib İsrail mövzusunda Azəbaycana qarşı qərəzli məlumatlar yayırlar. Təbii ki, qardaş ölkənin mediasında yayılan bu dezinformasiyalardan ən çox istifadə edənlər ermənilərdir. Onlar yaranmış vəziyyətdən öz mənafeləri üçün yararlanırlar. Belə ki, ermənilərə məxsus “Baqramyan 26” teleqram kanalı artıq nəyinki Türkiyə mediasının, hətta televiziyalarının da Azərbaycan haqqında tənqidlər səsləndirdiyini tirajlayır. 

Bunun səbəbləri bizə məlum deyil, amma Azərbaycanda, ölkəmizin media məkanında Türkiyə haqqında hər hansı neqativ məlumat və materialın yayılmasını təsəvvür edə bilmədiyimiz halda, qardaş ölkənin mediasında anti-Azərbaycan əhval-ruhiyyəsinin mövcudluğu və rəsmi dairələrin buna susqunluğu düşündürücüdür...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri