Icma.az
close
up
RU
Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI

Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bilirsiniz ki, son günlərdə Sabirabadda baş verən 4 yaşlı uşağa qarşı edilən əxlaqsızlıq, qeyri-insani, insan kodeksinə sığmayan bu hərəkət təbii ki, bütün Respublikanı, Azərbaycan ictimaiyyətini lərzəyə saldı, bütün sosial şöbəkələrdə bu haqda yazıldı".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında sosioloq, "Yeni Həyat Humanitar və Sosial Dayaq" İctimai Birliyinin sədri Nailə İsmayılova iki gün öncə Sabirabadda videosu yayılan 64 yaşlı şəxsin 4 yaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər etməsinə münasibət bildirərkən deyib.

Sosioloq bildirib ki, 64 yaşlı kişinin 4 yaşlı azyaşlıya qarşı etdiyi çirkin əməllər insanlıq qanunlarına sığmayan hərəkətlərdir:

"Əlbəttə ki, bu hadisə həm bir vətəndaş, bir azərbaycanlı, eyni zamanda vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatının rəhbəri, uşaqlarla işləyən bir təşkilat olaraq həqiqətən məni çox hiddətləndirdi. İnanın ki, videoya mən sona kimi baxa bilmədim. O dərəcədə hiddətli idim. Hətta həmin insan mənim yaxınımda olsaydı, əlim çatmış olsaydı, demək olar ki, bütün əsəblərimı qoruya bilməzdim. Yəni, o dərəcədə hiddətli idim o insana qarşı. Mən bu qorxunc hadisəylə bağlı kiçik araşdırma apardım. Əlbəttə ki, bu yaşda bir insanın 4 yaşlı, köməksiz, hələ dünyaya yeni ayaq açan, dünyanı dərk edilməyən bir qız uşağına edilən bu hərəkət heç bir insanlıq qanunlarına, mənəviyyat qanunlarına, dövlət qanunlarına sığmayan bir hərəkətdir. Hətta bunu belə deyərdim ki, bu insan insanlıqdan kənar, onu mən heç heyvana da bənzətmək istəmirəm. Çünki heyvanlar öz cinslərinə qarşı necə etik davranırlar. Bəzi heyvanlar var ki, onlar öz cinslərinə qarşı çox sədaqətli olurlar. Amma bizim heç birimizin, beynimizin qəbul etmədiyi tərzdə hadisələr baş verir".

N. İsmayılova əlavə edib ki, bu videonu sosial şəbəkələrdə yayan insanları qınamaq lazımdır:

"Biz hamımız bu məsələyə münasibət bildiririk. Mənə də elə gəlir ki, sizin də söylədiyiniz kimi, bu, əxlaqsızlığın, şərəfsizliyin ən son həddidir. Bundan o tərəfə yoxdur. Bir az öncə qeyd elədim, kiçik bir araşdırma apardım. Təbii ki, biz təşkilat olaraq regionlarda layihələr həyata keçiririk. Hal-hazırda elə Sabirabadın özündə uşaqlarla olan layihə həyata keçirik, Amma bizim bu haqda necə məlumatımız ola bilər? Biz də sizin kimi mətbuatdan, mediadan öyrəndik və mən də öz kiçik araşdırmamı apardım. Təbii ki, rayon icra həkimiyyətinin nümayəndəsi olsun, istər hüquq-mühafizə orqanı olsun və digər aidiyyatı qurumlarla əlaqə saxladım və məsələyə doğrudan da əvvəl inanmaq istəmədim. Lakin təsdiqlənəndən sonra hiddətim daha da artdı. Hiddət bir insana qarşı deyil, tərbiyəmizə də sığmır həmin ifadəni işlətmək. Təbii ki, burada pedofillikdən söhbət gedir. Bəlkə də bizim bildiyimiz budur, daha bilmədiklərimiz var. Bilmirəm, bəlkə də var, xəbərimiz yoxdur. Amma sosial şəbəkələrdə də bunu paylaşan insanları da bir az qınamalı oldum. Çünki mənim izlədiyim videolarda uşağın üzünü görmədim, amma bəzi hallarda orada daha kiçik, balaca, azyaşlı uşaq var idi, onun üzü görünürdü. Amma nə qədər üzü örtülsə də, bunun paylaşılması etik deyil. Çünki burada söhbət 4 yaşlı, azyaşlı uşaqdan gedir".

Sosioloq sonda qeyd edib ki, burada cəmiyyət valideyni qınamalıdır ki, onlar öz övladlarını etibar etdikləri adamı nə dərəcədə tanıyırlar?

"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki, siz necə öz uşaqlarınızı başqalarına etibar edə bilirsiniz? Nə olsun 64 yaşı var? Yaşı olmaq hələ o demək deyil ki, o əsl insandır. Ona görə də burada valideyn məsuliyyətindən söhbət gedir. Valideyn, daha doğrusu, məsuliyyətsizliyindən söhbət gedə bilər ki, bu valideyn necə öz övladını, qız uşağını tanımadığı, qonşu da olsa belə, yad insanlara etibar edib gedə bilər. Bizim valideyn məsuliyyətimiz var, biz bunu unutmamalıyıq. Ona görə də biz uşaqları necə qorumalıyıq sualına cavab vermək üçün bu sualı hər bir valideyn özünə verməlidir. Mən uşağımı necə qorumalıyam? Bunu qorumaq üçün valideyn daha məsuliyyətli olmalıdır, daha geniş dünyagörüşə malik olmalıdır, daha çox uşağının üzərindəki öhdəliyini dərk etməlidir. Bax, o zaman biz uşaqlarımızı qoruya bilərik. Əlbəttə, başa düşürəm, bəzi valideynlər olur ki, imkansızlıqdan uşağını məcburdur ki, harasa qoysun getsin, işləsin, minimum ailənin ehtiyaclarını ödəsin. Amma bundan ötrü yad insanlara deyil, ən yaxınında olan nənəyə, babaya, bibiyə, xalaya etibar etmək olar. Biz ən yaxında olan insanlarımıza övladlarımızı ən pis halda etibar etməliyik. Amma yad insanlara biz uşağımızı etibar edə bilmərik. Ona görə də çox üzr istəyərək demək istəyirəm ki, əziz valideynlər, mən sizdən üzr istəmək istəmirəm. Çünki bu sizin borcunuzdur, bu sizin vəzifənizdir. Övladınızı həm ehtiyaclarını ödəməlisiniz, həm də onların təhlükəsizliyini təmin etməlisiniz. Əlbəttə ki, valideyn məsuliyyəti hər şeydən öndə dayanır və dünyaya gətirdiyimiz övladlarımız valideyn seçmirlər. Biz onları dünyaya gətirmişiksə, demək ki, biz onların da hər cür həm ehtiyaclarını ödəməliyik, həm də onları kənar təhlükələrdən qorumalıyıq".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Avqust 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri