Icma.az
close
up
RU
Bildunqsroman nədir, bizdə belə romanlar varmı? Orxan Saffari yazır...

Bildunqsroman nədir, bizdə belə romanlar varmı? Orxan Saffari yazır...

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Heç şübhəsiz, “Tərbiyəvi roman” adı ədəbiyyatşünaslığımıza yad deyildir.

Başqa cür isə belə deməliyik: – “Bildunqsroman”.

Bizdə ayrı-ayrı romanlarda və hekayələrdə bildunqsroman işartıları var, fəqət daha çox Qərb ədəbiyyatı forması olan bu roman formasına bütövlükdə rast gəlinmir.

Bildunqsroman alman sözü olub “formalaşdırıcı roman” deməkdir. Almaniyada XVIII əsrin ikinci yarısında ortaya çıxıb. XIX əsrdə isə bu roman forması başqa cür – “Təhsil romanı” adlanıb. Müxtəlif cür xarakterizə olunan bu roman formasına “Maarifləndirici roman” da demək mümkündür. Əsrin iyirminci illərində ədəbiyyat nəzəriyyəsində bu cür də deyilib. Hərfi mənalardan kənara çıxsaq, sonda deyiləni əvvəldə deməkdə fayda var:

“Azərbaycanda “bildunqsroman” yoxdur.

Bəs işartıları olan hansı əsərləri demək olar?

Məsələn, Əkrəm Əylislinin “Bağışla”sını. Daha dəqiq, burada qəhrəmanın keçmişi və yaşadığı cəmiyyət içində yetkinləşməsi, onun keçirdiyi daxili sarsıntıları. O cümlədən, Anarın “Mən, sən, o və telefon”unu. Hekayədə gənc bir insanın cəmiyyətlə, ailə və sevgi ilə bağlı düşüncələrinin dəyişiminin təsviri verilir. İsmayıl Şıxlının “Dəli Kür”ü də bu işartılara aiddir. Daha dəqiq, burada da Cahandar ağanın həyat yolu və keçdiyi inkişaf prosesi. Lakin adıçəkilən və çəkilməyən digər bir çox əsərlər də küll halında bildunqsroman deyildir.

Ümumiyyətlə, özümüzküləşdirəsi olsaq, “özünüinşa” romanı kimi də xarakterizə edə bilərik. Yaxud da insanın özünü tapmaq hekayəsi.

Əslində, hər insan şifahi şəkildə də olsa belə, özü barəsində kim olduğunu, nə olacağını, hara, necə, niyə getdiyini sorğulayır. Sözsüz, bütün bunlar süjeti ilə yazı formasındadırsa, o zaman ortaya bildunqsroman çıxır. Dəqiq desək, “Bildunqsroman” romanda şəxsiyyətin formalaşmasıdır. Bu cür romanlarda qəhrəman ya uşaqlıq dövründən, ya da elə gənclik zamanından başlayaraq müxtəlif hadisələr fonunda müxtəlif çətinliklərlə üzləşir, onlardan çıxmağa yol axtarır, bütün bunların fonunda da yetkin bir fərd kimi formalaşır.

Bildunqsromanda hadisələrin mərkəzində mütləq şəkildə qəhrəmanın inkişafı dayanır. Məsələn, bir obraz yeniyetməlik dövründən başlayır, roman boyu müxtəlif mənəvi eniş-çöküşlər yaşayır, belə demək olarsa, həqiqətə çatır, ətraf aləmi, dünyanı dərk etməyə çalışır. Bütün bu məsələlər isə obrazında hansısa sınaqlardan keçməsi ilə olur. Məsələn, formalaşmaqda olan obraz cəmiyyətdə müxtəlif problemlər yaşayır, uyğunlaşa bilmir, necəsə seçilir və seçilmək də ona problemlər yaşadır. Əsərin sonunda isə qəhrəman mütləq şəkildə həqiqətə çatır, yetişkin bir şəxsiyyətə çevrilir, əvvəlki obrazından əsər-əlamət qalmır.

Dünya ədəbiyyatında bu cür roman nümunələri çoxdur.

Məsələn, misal olaraq, “Verterin iztirabları” – Höte, “Böyük ümidlər” – Çarlz Dikkens və başqa romanları misal çəkmək olar.

“Verterin iztirabları” adı da elə bir növ bildunqsromanın strukturundan xəbər verir. Romanda Verterin əvvəlcə inkişaf prosesi yox, daha çox reallığı, dünyanı başa düşməsi göstərilir. Təbiətcə romantik olan Verter, həyatın, hadisələrin ona verdiyi qaydaları qəbul etməkdə çətinlik çəkir. Verter də cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən obrazdır. Ələlxüsus da sevgi məsələlərində. Amma bu romanın sonluğu da klassik bildunqsromanla uyğun gəlmir. Klassik bildunqsromanda obraz sonda yetkinləşməli olsa da, Verter intiharla həyatına son qoyur. Bu, daha çox “antibildunqsroman”dır (yəni, inkişaf yox, geriləmə yolu ilə gedən roman).

Bildunqsroman olsa da, klassik Bildunqsromana uyğun gəlməyən bir bildunqsroman olaraq, həm də Alber Kamünün “Yad” əsərini misal göstərmək olar. O cümlədən, Frans Kafkanın “Amerika” əsəri. Bu əsərdə Karl Rossmanın cəmiyyət içində böyüməsi və öz yerini tapmağa çalışması məsələsi, Harper Lii “Bülbülü öldürmək” əsərində Skautun cəmiyyətin ədalətsizliyini anlamaq və formalaşmaq yolundakı yaşadıqları, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərindəki Holden Kolfildin yetkinliyə keçid dövründə yaşadığı təlatümlər, cəmiyyətə qarşı etirazı, üsyanı, Herman Hessenin “Siddihartha” əsərində İnsan ruhunun dərinliklərini araşdırmaq, psixoloji məqamları bu roman formasına misaldır.

Mark Tvenin “Heklberi Finnin macəraları” romanında Finnin cəmiyyətin qoyduğu sərhədləri aşması, azadlığa can atması, özünü axtarması kimi onlarla nüumunələr gətirmək olar. Yaxud da Cek Londonun “Martin İden” əsəri. Martin İden romanın əvvəllərində savadsız, kobud və fiziki əməkdən başqa bir şey bilməyən sadə bir dənizçidir. Lakin o, zamanla intellektual cəhətdən inkişaf etməyə, yazıçı olmağa can atır. Martin öz təbəqəsini tərk edib intellektual burjuaziya səviyyəsinə qalxmağa çalışır. Ancaq burada da yeni cəmiyyətə uyğunlaşa bilmir və nə doğulduğu sinfə, nə də yüksəlmək istədiyi sosial təbəqəyə tam aid ola bilmir. Martin yazıçı olmaq üçün böyük çətinliklər çəkir, yoxsulluq və cəmiyyətin etinasızlığı ilə qarşılaşır. Həyat ona öyrədir ki, uğur təkcə zəhmət deyil, həm də sosial əlaqələr və təsadüflərlə bağlıdır. Təhlil ediriksə, bu, birmənalı şəkildə bildunqsromandır.

Daha konkret, bir əsərin bildunqsroman olması üçün gözlənilməli olan şərtlər bunlardır:

Qəhrəmanın daxili inkişafı, çətinliklərlə üzləşmə, axtarış və çətinlik, inkişafın mərhələləri, ədəbi baxımdan simvolik yol.

Açıq danışmaq lazımdırsa, Azərbaycanda bu roman növünün hələlik tam formalaşmamağının səbəbi məlum deyil. Bəlkə bir çox müəlliflərimiz bu strukturdan xəbərdar deyil? Üstəlik, bildunqsroman strukturu elədir ki, onun avtofikşın olmaması üçün arada incə bir bağ var. Nəhayət, klassik ədəbiyyatımızda bildunqsroman izlərindən danışacayıqsa, burada ilk növbədə, Cəlil Məmmədquluzadəni, daha dəqiq, onun bəzi əsərlərində obrazların cəmiyyətlə olan qarşıdurmalarını da misal gətirmək olar.

Ədəbiyyat qəzeti (c)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri