Icma.az
close
up
RU
Elmir Əkbər: Keyfiyyətli yaşamaq bir məsələdən, bir məqamdan asılı ola bilməz

Elmir Əkbər: Keyfiyyətli yaşamaq bir məsələdən, bir məqamdan asılı ola bilməz

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ-li psixiatr Robert Valdinqer elmi araşdırmalar nəticəsində aşkarlanan uzunömürlülüyün gözlənilməz amilindən danışıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "El Español" nəşrinə müsahibəsində bəhs edib.

Valdinqer bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır.

Həkimin sözlərinə görə, uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək faydalıdır.

"Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq mümkündür", - deyə Robert Valdinqer vurğulayıb.

Yaxın münasibətlərin olmaması insan psixikasında hansı uzunmüddətli fəsadlara yol aça bilər? Keyfiyyətli sosial münasibətlər ilə sadəcə sosial aktivlik arasında fərq nədir? Virtual sosiallaşma (məsələn, sosial şəbəkələr) real münasibətləri əvəz edə bilərmi?


Susllarımızı cavablandıran psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında vurğulayıb ki,əsas məsələ təkcə uzun ömür yaşamaqda deyil, o ömrü keyfiyyətli yaşamaqdadır:


“Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Nəzərə almalıyıq ki, biz insanlar sosial varlıqlarıq və primatlar qrupuna aidik. Bizim düzgün sosial əlaqələrimiz olmadan həyatımız da normal adlandırıla bilməz. Ümumiyyətlə, sağlam və uzun ömür çox faktorlu bir məsələdir. Yəni keyfiyyətli yaşamaq bir məsələdən, bir məqamdan asılı ola bilməz. Təbii ki, düzgün qidalanmağın, düzgün, sağlam həyat, fiziki aktivlik və normal yuxu rejimi vacibdir. Amma ən birinci yerdə insanın öz daxili psixoloji böhranlarını vaxtında anlayıb onu həll etməsidir. Bu işdə də onun ayrılmaz tərkib hissəsi adekvat sosial münasibətlərin qurulmasıdır. Sosial aktivliklə keyfiyyətli sosial münasibətin fərqi odur ki, biri səmimi və sağlam, həqiqi münasibətlərin qurulmasıdır. Yəni burada məqsəd sadəcə sosial aktiv olmaq xətrinə bu əlaqələri qurmaq deyil, həqiqətən də insanın bu münasibətlərdən zövq almağı, lazımi kəslərlə bunun qurulmasıdır. Buna da riayət etməyin bir sıra şərtləri var. Məsələn, toksik adamlardan, manipulyatorlardan, xüsusi şəxsiyyət pozuntusu olanlardan, nartistlərdən uzaq durmaqdır. Çox vaxt məndən mütəxəssis kimi soruşurlar ki, onları necə düzəltmək olar? Yəni təəssüf ki, onların bir çoxu düzəlməz haldadır. Ələxsus da qeyri-mütəxəssis, biri onları düzəldə bilməz. Əgər bir münasibət insana əzab yaşadırsa, demək bu, sağlam münasibət deyil. Eyni zamanda virtual münasibət real münasibətləri əvəz edə bilməz. Düzdür, müəyyən bir problemi olan insanlar var ki, onlar üçün sıfır münasibətdənsə, hər hansı bir virtual münasibət müəyyən qədər xilasedici oynaya bilər. Əsl münasibət təbii və real olan münasibətdir. Ancaq o münasibətlərə biz sağlam, psixoloji münasibət deyə bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri