Icma.az
close
up
RU
“Bizdən heç də üstün olmayan İslandiyanı qabaqlaya və ilk dəfə qrupda 3cü yeri tuta bilərik” Vaqif Sadıqov püşkü dəyərləndirdi

“Bizdən heç də üstün olmayan İslandiyanı qabaqlaya və ilk dəfə qrupda 3cü yeri tuta bilərik” Vaqif Sadıqov püşkü dəyərləndirdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bilindiyi kimi, dekabrın 13-də keçirilən püşkatmada yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri bilindi. Yığmamız 4 komandalı qrupa düşüb.

Millətlər Liqasında rəqiblərimiz Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiyadı. Seçmə mərhələnin oyunları gələn ilin sentyabr – noyabr aralığında keçiriləcək. 5 komandalı qrupa düşməyimiz daha yaxşı olmazdımı? Bəs seçmə mərhələyə səfər oyunu ilə başlamaq nə dərəcədə münasibdi?
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovun “Football-plus.az”a bu mövzu ilə bağlı söylədikləri:

“Hesab edirəm ki, qrup və təqvim bizim üçün münasibdi. Ən vacibi odu ki, özümüz güclü, mübariz kollektiv formalaşdıra bilək. Təqvimə baxanda görürük ki, hazırlıq üçun yetərincə vaxt var. İlk oyunda güc baxımından bizə yaxın olan İslandiya ilə qarşılaşmağımızı müsbət hal kimi dəyərləndirmək olar. Düzdü, ilk matçı doğma azarkeşlər önündə keçirmək daha yaxşıdı. Millimiz yarışa İslandiya səfərində başlayacaq ki, bu, ev sahiblərinin xeyrinə ola bilər. Üstəlik komandamızı uzaq İslandiya səfəri gözləyir. Ordan qayıdandan sonra Ukraynanı qəbul edəcəyik. FIFA iki oyun arasında komandalara əlavə bir gün vaxt verib. Bu da Ukrayna ilə görüşə daha yaxşı hazırlaşmaq imkanı verəcək. Noyabrdakı son iki matçın evdə olacağını nəzərə alsaq, deyə bilərik ki, təqvim bizim üçün heç də pis qurulmayıb. Hamımız millimizi 5 komandalı qrupda görmək istəyirdik. Ancaq 4 komandalı qrupdakı rəqiblər də bizim üçün pis deyil. Fransanı saymasaq, tənəzzül dövrünü yaşıyan Xorvatiya, Ukrayna və İslandiya görürük. Onların hər birinə qarşı layiqincə mübarizə aparmaq mümkündü. Ümumilikdə bizdən heç də üstün olmayan İslandiyanı qabaqlaya və ilk dəfə qrupda 3-cü yeri tuta bilərik”.


RÖYANƏ OĞUZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri