Icma.az
close
up
RU
“Bizə “rəqəmsal oruc” da tutmaq lazımdır...“

“Bizə “rəqəmsal oruc” da tutmaq lazımdır...“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Bizə zehnimizi təmizləmək lazımdır ki, o filtr (RAS) artıq lazımsız reklamları deyil, “Sübhanallah” dedirdəcək gözəllikləri seçib şüurumuza ötürsün..."

"Zaman bir sel kimidir. Gələn selin qarşısında durub ona qəzəblənmək enerji itkisidir. Ağıllı insan o selin enerjisindən necə istifadə edəcəyini, ondan necə qorunacağını və mənzil başına necə çatacağını düşünəndir..."

"Zəmanədən şikayət etmək bizi heç bir mənzilə çatdırmayacaq. Qaranlığı tənqid etmək otağı işıqlandırmaz. Hər kəs bir şam yandırsa ortalıq aydınlıq olar..."

Moderator.az  aktuallığını nəzərə alaraq "Mənəviyyata açılan pəncərə"(meneviyyat.az) nəşrində dərc olunmuş "Zamanın sahibi və Şüurlu Mömin Baxışı" başlıqlı məqaləni dəyərli oxucuların diqqətinə çatdırır:

Əsrə and alsun...

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَالْعَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ

وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“And olsun axşam çağına! Həqiqətən, insan ziyan içindədir. Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.”(Əsr surəsi, 103/1-3)

Sürət və Qeyri-müəyyənlik Çağı...

Bu gün biz tarixin bəlkə də ən sürətli və mürəkkəb dövrlərindən birini yaşayırıq. Texnologiya, rəqəmsallaşma, süni intellekt və “metaverse” kimi anlayışlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu sürət çox zaman bizdə bir narahatlıq, gələcəyə dair qorxu hissi yaradır. Övladlarımızın hansı istiqamətə sürükləndiyini anlamaqda çətinlik çəkirik. Lakin bir mömin olaraq ilk növbədə dərk etməliyik ki, bu çağın da, bu texnologiyanın da, bu axının da mütləq sahibi və idarəedicisi Uca Allahdır. Onun “Ol” demədiyi heç bir hadisə kainatın zərrəsində belə baş verə bilməz.

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ “O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” – deyə əmr edər. O da dərhal olar.” (Yasin surəsi, 82)

“Dəhr” Anlayışı və Zamana Söyməyin Qadağası

Bəzən çətinliklərlə qarşılaşdıqda “zəmanə pisləşib”, “dövran korlanıb” deyərək yaşadığımız vaxtı tənqid edirik. Halbuki, İslamın təməl prinsiplərinə görə, zamana söymək əslində zamanın yaradıcısına qarşı bir hörmətsizlikdir...

Peyğəmbərimiz (s.ə.s) hədisi-qüdsidə buyurur:

“Adəm övladı dəhrə (zamana) söyərək Mənə əziyyət verir. Halbuki Mən dəhrəm. Hər şey Mənim əlimdədir. Gecəni, gündüzü Mən idarə edirəm.” (Buxari, Təfsir 45)

“Dəhrə söyməyin, çünki Allah dəhirdir” (Müsnəd, 2:259)

Cahilliyə dövründə insanlar hadisələrin səbəbini Allaha deyil, zamanın özünə bağlayırdılar (Dəhrilər). Onlar elə hesab edirdilər ki, bizi öldürən və yaşadan sadəcə zamandır. İslam isə bizə öyrədir ki, zaman Allahın bir məmurudur. Əsr surəsində zamanın üzərinə and içilməsi onun müqəddəsliyinə və bir imtahan meydanı olduğuna işarədir. Zaman özlüyündə şər deyil; şər olan o zamanın içindəki insanların azğınlığı və iradələridir...

İnformasiya Kirliliyi və “Görmə” Qabiliyyəti

Müasir dövrün ən böyük problemlərindən biri informasiya bolluğudur. Beynimiz o qədər çox lazımsız məlumatla yüklənir ki, baxdığımız şeyi görə bilmirik, eşitdiyimizi idrak edə bilmirik. Bu mənəvi korluq bizi kainatdakı gözəllikləri təqdir etməkdən uzaqlaşdırır. Bizə “yavaşlamaq” və şüurlu bir müşahidəçi olmaq lazımdır.

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَا

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.” (Ali-İmran surəsi, 190)

Baxıb da Görmədiklərimiz...

Əziz dostlar, bayaq qeyd etdiyim o “yavaşlamaq” zərurəti sadəcə bir tövsiyə deyil, beynimizin yaradılış proqramından gələn bir ehtiyacdır. Elm sübut edir ki, biz hər saniyə duyğu orqanlarımızla 11 milyon bit (məlumat vahidi) həcmində bir selə məruz qalırıq. Reklamın da təsiri: Şəhərdə yaşayan insan, gündə ortalama 4.000 ilə 10.000 arası reklam mesajı və ya marka ilə qarşılaşır. Lakin Uca Allahın beynimizə qoyduğu möhtəşəm bir “filtr” sayəsində biz bu dəhşətli informasiya okeanının cəmi 40-50 bitini, yəni milyonda birini dərk edə bilirik. Təsəvvür edin, qarşımızda nəhəng bir həqiqət var, amma biz onun yalnız 0,0004%-ni görürük!..

Bəs beynimiz nəyi seçir? Nəyi görməyimizə kim qərar verir?..

Burada RAS (Retikulyar Aktivasiya Sistemi) dediyimiz bir mexanizm işə düşür. O, bir “mühafizəçi” kimi qapıda dayanır və yalnız bizim üçün “vacib” bildiyi şeyləri içəri buraxır. Əgər bizim zehnimiz ancaq dünya malı, rəqəmsal reklamlar, sosial media çəkişmələri və gündəlik qayğılarla doludursa, o filtr gözümüzün önündəki ilahi nişanələri, bir uşağın təbəssümünü və ya bir ağacın yarpağındakı naxışı “lazımsız” hesab edib kənara atır.

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ

أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ

“And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbləri, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.” (Əraf surəsi, 179) ayəsinin elmi izahı bəlkə də budur.

Biz “informasiya obezliyi” (həddindən artıq məlumat yüklənməsi) yaşayırıq. Hər gün təxminən 100.000 kəlməlik bir məlumat yükü altında əzilirik. Bu qədər səs-küyün içində Allahın səssiz ayələrini eşitmək mümkün deyil. Ona görə də bizə “rəqəmsal oruc” lazımdır. Bizə zehnimizi təmizləmək lazımdır ki, o filtr (RAS) artıq lazımsız reklamları deyil, “Sübhanallah” dedirdəcək gözəllikləri seçib şüurumuza ötürsün...

Unutmayın, gözəl görmək üçün əvvəlcə gözün önündəki o informasiya toz-torpağını silmək lazımdır. Bəzən filtrlərin üzərini toz, pas tutur. İnsan ancaq xoşagəlməz şeyləri görür, yenə zəmanədən şikayət edir.

وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

“…Ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirli, xoşladığınız bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.” (Bəqərə surəsi, 216)

Zamanın gətirdiyi bəzi “şiddətli sellər” və ya çətinliklər zahirən pis görünsə də, Allahın elmində bir xeyrə xidmət edər.  Allah üçün şər deyə bir şey yoxdur. Onun yaratdığı hər şey gözəldir. الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ   (Səcdə, 32/7) Ya başlanğıcı, ya da sonu etibarı ilə...

Bu nöqtədə Mövlanənin anlatdığı hekayə yada düşür. Həzrəti İsa (ə) həvariləri ilə yol gedərkən ölü bir it leşi ilə qarşılaşırlar. Hamı pis qoxudan ağzını və burnunu tutur, deyinir. O isə hamının gördüyü pis qoxunu deyil, “nə gözəl ağ dişləri var” deyərək incəliyi görür. Bununla bizə əsl mömin dünyagörüşünü təqdim edir: Gözəl görən, gözəl düşünər; gözəl düşünən də həyatından ləzzət alar...

Mübarizə deyil, Adaptasiya və Təlim...

Zaman bir sel kimidir. Gələn selin qarşısında durub ona qəzəblənmək enerji itkisidir. Ağıllı insan o selin enerjisindən necə istifadə edəcəyini, ondan necə qorunacağını və mənzil başına necə çatacağını düşünəndir...

Həzrəti Əlinin (ə) çox hikmətli bir nəsihəti var: “Övladlarınızı öz zamanınıza görə deyil, onların yaşayacağı dövrə görə yetişdirin.”

Bu o deməkdir ki, biz keçmişin xatirələri ilə deyil, gələcəyin reallıqlarına sahib olmalıyıq. Rəqəmsal dünyanı inkar etmək deyil, o dünyada mənəviyyatı necə qorumağı öyrənməli və öyrətməliyik...

Nəticə: Qaranlığa söyməkdənsə, bir şam yandır

Əziz dostlar, zəmanədən şikayət etmək bizi heç bir mənzilə çatdırmayacaq. Qaranlığı tənqid etmək otağı işıqlandırmaz. Hər kəs bir şam yandırsa ortalıq aydınlıq olar. Bizim vəzifəmiz yaşadığımız dövrü düzgün oxumaq, Allahın iradəsinə təslim olmaq və bu dəyişən şərtlər daxilində “insan kamil” olaraq qalmağı bacarmaqdır. Uca Allahdan bizlərə əfv, afiyət və zamanın fitnələrindən qorunmaq üçün bəsirət diləyirəm..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2026 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri