Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bizim birinci vəzifəmiz kütləvi olaraq iş yerlərinin yaradılmasıdır

Bizim birinci vəzifəmiz kütləvi olaraq iş yerlərinin yaradılmasıdır

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Əgər nazir Sahil Babayev rəsmən bəyan edirsə ki, əvvəlki illərdə yol verilən nöqsanlar, məsələn, 200 mindən artıq şəxsin əlilliyi ləğv olunub, deməli, əvvəlki illərdə bizim qəbul etdiyimiz qərarların yanlış olduğunu, yaxud keçmiş rəhbərlərin qanunsuz hərəkətlərini tanımış oluruq. Ona görə də hər birimizin prinsipial istəyi sosial siyasətin sabitliyidir, nazirlər dəyişdikcə struktur və institusional baxımından, o cümlədən dövlətin çoxmilyardlıq maliyyə tutumu və çoxşaxəli sosial siyasətinin varisliyidir”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, hər birimiz etiraf etməliyik ki, nazirliyin ictimai müraciətlər qarşısında dayanmağı bacarması, maraq konfliktlərini çözmək üçün çevik həllər tapması, bir sözlə, milli tələblərdən sınaqdan keçməsi və nəhayət, qəbul edilməsi mövcud siyasəti davam etdirməyi vacibləşdirir. “Nazirliyin millətimizin sosial pasportunu - belə demək mümkündürsə, son 50 illik BIG DATA-nı yaratmağı bacarması, nəticə etibarilə dövlət siyasətində qərarqəbuletməyə böyük töhfəsi olan məlumat bazasını formalaşdırması, istənilən həssas təbəqə üçün fərqli siyasət yürütməyə imkan verir. Təmsil etdiyimiz strukturun yaxından əməkdaşlıq edərkən sözügedən problemin dövlət qurumları üçün nə qədər ciddi olduğunu deyə bilərik”, - deputat qeyd edib.

Komitə sədri əlavə edib ki, təkcə qeyri-formal məşğulluqda olan insanların 600 mindən artıq şəxsin əmək müqavilələrinin bağlanması özlüyündə təkcə dövlətin büdcə gəlirlərini artırmağa imkan vermir, eləcə də şəffaf və düzgün pensiya, icbari sığorta siyasətinə töhfə olur:

“Ona görə də bizim birinci hədəfimiz iqtisadi dəyər yaratmanı artıran addımları gücləndirməkdir. Pensiya, müavinət və yardım üçün dövlətin resursunu artırmadan müxtəlif həssas qruplar üzrə ödənişləri köklü artırmaq mümkün olmayacaq. Ona görə də bizim birinci vəzifəmiz kütləvi olaraq iş yerlərinin yaradılması və iqtisadi sərvətlərin böyüməsidir.

Layihədə göstərilir ki, orta aylıq əməkhaqqı 997,1 manat təşkil edib. Lakin hər bir ev təsərrüfatının illik gəlirlərini hesablamaq üçün əhalinin 20 və 10 faizlik qrupları üzrə məcmu gəlirlərin paylanması təqdim olunsaydı, gəlirlərin gerçək bölgüsünü, varlı və yoxsul qrupların çəkisini, ünvanlı dövlət siyasəti üçün mötəbər məlumat bazasını dəqiq görmək olardı.

Digər tərəfdən, hökumət yüksək və orta gəlirli insanların sayının artdığını aparılan iqtisadi siyasətin uğurları kimi təqdim edər, cəmiyyətdə sosial barışı təmin edərdi. Mühüm məsələ, dediyimiz kimi, dövlətin Qayıdış siyasətinin mahiyyətini və hədəflərini vətəndaşlarımıza düzgün izah etməyi bacarmalıyıq. Sovet dövründə Qarabağda və indi azad olunan ərazilərdə 400 mindən artıq iş yerləri mövcud idi. İndi hədəf o torpaqlara 1 milyon insanın qayıtması, əhalinin coğrafiyamız üzrə mütənasib paylanmasıdır. Məsələn, adi bir fakt: nazir özü də çıxışlarında bəyan edib, hər il orta məktəbi bitirən gənclərin 60 min nəfəri əmək bazarına heç bir ixtisas almadan daxil olur. Dövlətin peşə məktəbləri onları qarşılaya bilmir. Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir.

Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq.

Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq, həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri