Icma.az
close
up
RU
BİZİM EVLƏR NİYƏ KİTAB VƏ ƏLYAZMALARI GÖTÜRMÜR?

BİZİM EVLƏR NİYƏ KİTAB VƏ ƏLYAZMALARI GÖTÜRMÜR?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Etibar Əliyev,

fəlsəfə üzrə fəlsəfə doktoru

Dəyərli dostum, filosof Firuz Mustafa yazır: "Yazıçı-publisist Kənan Hacı dilxor idi. Səbəbini özü açıqladı. Dedi ki, Əzizə Cəfərzadənin oğlu Turan Cəfərzadə zəng vurub bildirdi ki, Səyavuş Məmmədzadənin kitab və əlyazmalarını evinin qənşərindəki zibilxanaya töküblər. Tez oraya getdim, əlimizə keçənləri toplayıb Ədəbiyyat və incəsənət arxivinə təhvil verdik. Arxiv işçiləri bizə minnətdarlığını bildirdilər.

...Yadıma düşdü ki, bir neçə il əvvəl tarixçi alim Arif Mustafayev də buna oxşar bir hadisəni danışırdı. Alimin dediyinə görə akademik Əlisöhbət Sumbatzadənin əlyazma və kitablarını da vaxtilə yaşadığı mənzilin yaxınlığındakı zibilxanaya atıblarmış..."

Mənim də yadıma vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun, akademik Məmmədağa Şirəliyevin kitabxanasının çölə atılması düşdü. Səbəb ondan ibarətdir ki, böyük alim və yazıçıların əksəriyyətinin övladları mütaliə və yaradıcılığa qətiyyən meyl göstərmirlər. Yaxud yaşayış yerini dəyişdikdə kitabları və əlyazmaları yeni mənzilə yaraşdırmırlar. Məncə evin ən gözəl yaraşığı kitabdır. Siseronun sözüdür: " "İçində kitab olmayan otaq ruhsuz bir bədən kimidir." Bu yaxınlarda Bukinistdən görkəmli filosof alim Cəmil Əhmədlinin kitabxanasından olan bir neçə kitab aldım. Kitabların hamısının titul vərəqində alimin imzası var idi.

Böyük şəxsiyyətlərin kitabxana və əlyazmalarını bayıra tullamaqdansa elan vermək lazımdır. Onların mütləq alıcısı olacaq. Ya da xəzinə kitabxanalara və arxivlərə verilməlidir. Kitabxanalar da bərbad durumdadır. Kitabı, əlyazmanı bilməyənləri bu quruma direktor qoyurlar.

Rəhmətlik Azad Mirzəcanzadənin kitabxanasından xəbəri olan varmı?

Zəruri qeyd: Ötən əsrin 90-cı illərində Kitab bazarında (Uşaq dəmiryolu vağzalının yanında yerləşirdi) Solomon adlı bir yəhudi ilə tanış olmuşdum. Bayılda yaşayırdı. Məni evinə dəvət etdi. Bakıdan köçürdü. Böyük kitabxanasını çıxara bilmədiyindən bərk məyus olmuşdu. Ondan 200-dən çox kitab almışdım.

Nə isə...

KİTAB KÖMƏYİMİZ OLSUN!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri