Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş mühüm hadisələr

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1993-cü ilin bu günüdə Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Azərbaycanın bu quruma üzvlüyü sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşib.
Bəs, sentyabrın 3-də dünyada daha hansı hadisələr baş verib?
1. 3 sentyabr 1260-cı ildə Məmlük ordusu monqolları Əyn Cəllud müharibəsində məğlub edərək onların cənuba yayılmasının qarşısını aldı.
2. 3 sentyabr 1683-cü ildə Osmanlı ordusunun 2-ci Vyana mühasirəsi uğursuzluqla nəticələndi və Osmanlının qərbə doğru irəliləməsi başa çatdı.
3. 3 sentyabr 1783-cü ildə Böyük Britaniya Parisdə imzalanan müqavilə ilə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.
4. 3 sentyabr 1878-ci ildə İngiltərədə Temza çayında  başqa gəmi ilə toqquşan sərnişin gəmisi batdı, 640 nəfər öldü.
5. 3 sentyabr 1939-cu ildə Almaniyanın Polşaya hücumundan sonra Fransa, Böyük Britaniya, Yeni Zelandiya və Avstraliya, Almaniyaya müharibə elan etdilər.
6. 3 sentyabr 1962-ci ildə İranın Gəzvin ostanında baş verən zəlzələdə 12 min 225 insan həlak oldu, 21 minə yaxın evə zərər dəydi.
7. 3 sentyabr 1997-ci ildə Vyetnam hava yollarına aid sərnişin təyyarəsi Pnompen hava limanına yaxınlaşarkən qəzaya uğradı, 64 nəfər həlak oldu.
8. 3 sentyabr 2004-cü ildə Şimali Osetiyanın Beslan qəsəbəsindəki bir məktəbdə 3 gün davam edən girov böhranına Rusiya silahlı qüvvələrinin  xüsusi bölmələri müdaxilə etdi. Qarşıdurma nəticəsində əksəriyyəti uşaq və müəllimlərdən ibarət 376 nəfər həlak oldu, 800 nəfər yaralandı.
9. 2008-ci ilin bu günündə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya səfər edib. Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət, iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.
Sentyabrın 3-də bu şəxsiyyətlər xatırlanır:
1. 3 sentyabr 1931-ci ildə Xalq rəssamı, professor Oqtay  Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.  Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
2. 3 sentyabr 1951-ci ildə görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.
3. 3 sentyabr 2021-ci ildə Xalq rəssamı, heykəltəraş Arif Qazıyev (2.1.1937 – 2021) vəfat edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
4. 3 sentyabr 2022-ci ildə  Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş  Məmmədzadə (2.10.1935 – 2022) vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri