Icma.az
close
up
RU
BİZİM TƏQVİM:7 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 oktyabrda baş vermiş tarixi hadisələr

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2020-ci ilin bu günündə Azərbaycan ordusu düşmənin 10-dək tankını, 6 ədəd D-20 topunu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusunu, 30-dək avtomobil texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 7-də Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə döyüşlər başlayəb və oktyabrın 15-də uğurla yekunlaşıb.
Bəs, oktyabrın 7-də dünyada daha hansı hadisələr baş verib?
1. 7 oktyabr 1337-ci ildə İngiltərə kralı 3-cü Edvırdın Fransa taxtı üçün haqq iddia etməsilə 116 il davam edəcək Yüz İllik Müharibə başlandı.
2. 7 oktyabr 1737-ci ildə baş verən zəlzələnin səbəb olduğu dalğalar Hindistanda 300 min nəfərin həlakına gətirib çıxardı.
3. 1769-cu ilin 7 oktyabrında ingilis dəniz səyyahı Kapitan Kuk Yeni Zelandiya adalarını kəşf edib.
4. 7 oktyabr 1806-cı ildə Karbon kağızına Ralf Vecvud tərəfindən ilk patent alınıb. Görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulan stenoqrafiya yazı alətində istifadə edilən kağızın hər iki tərəfi istifadədən əvvəl mürəkkəblə isladılırdı.
5. 1826-cı ilin bu günündə ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verilib.
6. 7 oktyabr 1950-ci ildə Çin Tibeti işğal etməyə başladı.
7. 1950-ci ilin bu günündə Tereza Ana Xeyriyyə Fondu yaradılıb. 
8. 1963-cü ilin 7 oktyabr günü “Flora” qasırğası Haiti və Dominikan Cümhuriyyətində 7 min insanın həyatını itirməsinə səbəb olub.
9. 7 oktyabr 1975-ci ildə Achille Lauro adlı sərnişin gəmisi fələstinli silahlılar tərəfindən oğurlanıb.
10. 7 oktyabr 1991-ci ildə 17 Noyabr Terror Təşkilatı Türkiyənin Afina səfirliyi mətbuat attaşesinin müavini Çətin Görgünü şəhid etdi.
11. 7 oktyabr 1992-ci ildə Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs verib.
12. 7 oktyabr 2001-ci ildə ABŞ “Terrorla mübarizə” adı altında Əfqanıstanı bombalamağa başladı.
13. 2015-ci ilin 7 oktyabr tarixində Prof. Dr. Əziz Sancar Nobel Kimya mükafatına layiq görülən ilk Türk oldu.
14. 7 oktyabr - Dünya təbəssüm günüdür.  Amerikalı reklam meneceri Harvey Ball 1963-cü ildə məşhur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayıb. Bu ikona bütün dünyada xoşbəxtlik və yaxşı niyyət simvoluna çevrilib. Elə bu səbəbdən də 1999-cu ildən oktyabrın ilk cüməsi Dünya təbəssüm günü kimi qeyd edilir.
Oktyabrın 7-də bu şəxsiyyətlər xatırlanır:
1. 7 oktyabr 1915 – Rus şairi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.
2. 1952-ci ilin bu günündə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin anadan olub.
3. 7 oktyabr 1921-ci ildə Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Bessantina (1921-2000) anadan olub.
4. 7 oktyabr 2021-ci ildə  Əməkdar rəssam, heykəltaraş Namiq Dadaşov (27.11.1945 – 2021) vəfat edib. O, Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.
5. Azərbaycan baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov 7 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 
6. Azərbaycan kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov 7 oktyabr 2020-ci ildə şəhid olub.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Oktyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri