“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin icrasına başlanılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 14 avqust, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, üç ay davam edəcək layihə Zərdab, Ucar və Göyçay rayonlarında həyata keçiriləcək.
Layihə 15-29 yaş arasında olan gənc qızları sahibkarlığa yönəltmək, onların biznes sahəsində bilik və bacarıqlarını artırmaq məqsədini daşıyır.
Layihə çərçivəsində gənc qızlar üçün təlimlər keçiriləcək. Təlimlərdə iştirakçılara biznes qurmaq, maliyyə idarəetməsi, marketinq və hüquqi məsələlər barədə məlumat veriləcək, onları müstəqil iş həyatına hazırlayacaq. Bu isə regionda iqtisadiyyatın inkişafına, yeni iş imkanlarının yaranmasına və qadınların sosial statusunun yüksəlməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















