Biznesin İnkişafı Fondu ilə bağlı bir sıra normativ sənədlərə dəyişiklik edilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Biznesinin İnkişafı Fondu ilə bağlı bir sıra normativ sənədlərə dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar bəzi fərmanlarda dəyişikliklər edilməsi haqqında” yeni Fərman imzalayıb.
Sənəd 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanın icrasını təmin etmək məqsədi daşıyır. Yeni qərarla “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” ifadəsi aidiyyəti sənədlərdə “Azərbaycan Biznesinin İnkişafı Fondu” və ya “Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” formasında dəyişdirilib.
Dəyişikliklər üç əsas sənədə – 2016-cı il 5 oktyabr tarixli Fərmana, 2018-ci il 5 fevral tarixli Fərmana və 2019-cu il 31 yanvar tarixli Fərmana şamil edilib. Müvafiq cədvəllər, bəndlər və hüquqi müddəalar yenilənib, bəzi hallarda isə tamamilə ləğv olunub.
Qərarın əsas məqsədi yeni yaradılmış Biznesin İnkişafı Fondunun hüquqi əsaslarını gücləndirmək və onun fəaliyyəti ilə bağlı normativ aktların uyğunlaşdırılmasını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















