Icma.az
close
up
RU
Biznesmenin 4 milyonunu ödədilər İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər İkisi həbsdən azad edildi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə 5 nəfər - tanınmış idmançı - Federasiya rəhbəri Ceyhun Əşrəfov, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.

Prokuror ittiham nitqində onların hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.

Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.

Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (red: C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq). Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri