Bloger ölkənin yerli brendi olan mineral su məhsulunu bu cür təhqir etdi, tənqid olundu VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, özünü makler kimi tanıdan bir vətəndaş əlində Kəlbəcərdə istehsal olunan və “İstisu” mineral suyu kimi tanınan su butulkasını yerə ataraq, “bu su belə burada soyuyar” ifadəsi ilə satacağı evi tərifləməyə başlayıb. Sözügedən video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və ciddi ictimai rezonans doğurub.
Videodan sonra görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri maklerin bu davranışına qarşı kəskin və mənfi rəylər yazmağa başlayıblar. Rəylərin əksəriyyətində bildirilib ki, Kəlbəcərin “İstisu” mineral suyu təkcə bir məhsul deyil, həm də uzun illər işğal altında qalmış, Vətən müharibəsi zamanı və ondan əvvəl azadlığı uğrunda minlərlə şəhid verilmiş bir bölgənin rəmzidir.
İstifadəçilər qeyd ediblər ki, İstisu zavodu və ümumilikdə Kəlbəcər ərazisində aparılan bərpa və yenidənqurma işləri şəhidlərimizin qanı bahasına mümkün olub. Bu ərazilər tikilib-bərpa edilənə qədər neçə-neçə hərbçi və mülki şəxs həyatını itirib. Məhz bu səbəbdən belə müqəddəs dəyərin reklam və ya primitiv tanıtım məqsədilə istehza obyektinə çevrilməsi yolverilməz hesab edilib. Prezident İlham Əliyevin belə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, eləcə də xarici səfərlər zamanı yanında görmək istədiyi, təqdim etdiyi “İstisu”yun bu formada məsxərəyə qoyulması sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib.
Bəzi rəylərdə isə vurğulanıb ki, sosial mediada tanınan şəxslər, xüsusilə də influenserlər ictimai məsuliyyət daşıyır və işğaldan azad olunmuş ərazilərlə, bu torpaqların simvoluna çevrilmiş məhsullarla bağlı ifadələrində daha həssas və ehtiyatlı olmalıdırlar. İstisu mineral suyunun Kəlbəcərin tarixini, mübarizəsini və şəhidlərin xatirəsini təmsil etdiyi qeyd olunaraq, bu cür yanaşmaların cəmiyyətdə haqlı narazılıq doğurduğu bildirilib.
Eltac Zülfüqaroğlu
Baxış sayı:36
Bu xəbər 07 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















