Icma.az
close
up
RU
BMMT nin Baş katibi İrakli Kobaxidze ilə ikitərəfli əməkdaşlığı müzakirə edib VİDEO

BMMT nin Baş katibi İrakli Kobaxidze ilə ikitərəfli əməkdaşlığı müzakirə edib VİDEO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi cənab Ərgüc Kələntərli Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidze ilə görüş keçirib.

APA xəbər verir ki, Görüş zamanı tərəflər Gürcüstan ilə BMMT arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də fövqəladə risklərə qarşı dayanıqlılığın gücləndirilməsi sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

BMMT-nin Baş katibi Gürcüstanın Baş nazirini Təşkilatda həyata keçirilən davamlı islahatlar və modernləşmə prosesi barədə məlumatlandırıb. Görüşdə Təşkilatın daha müasir, fəal və praktiki beynəlxalq əməkdaşlığa yönəlmiş hökumətlərarası platformaya çevrilməsi, üzv dövlətlər, təşkilata üzv olmayan dövlətlər, beynəlxalq tərəfdaşlar və aidiyyəti institutlarla əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.

Cənab Kələntərli Təşkilatda həyata keçirilən islahatlara və onun gələcək strateji inkişaf istiqamətlərinə göstərilən dəstəyə görə Gürcüstanın Baş nazirinə öz minnətdarlığını ifadə edib.

Görüş zamanı Baş katib tərəfindən Gürcüstan, Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının iştirakı ilə Cənubi Qafqaz regionunda mülki müdafiə sahəsində birgə regional sahə təliminin təşkili təşəbbüsü xüsusilə qeyd olunub. Gürcüstanın Baş naziri bu təşəbbüsə və onun gələcəkdə həyata keçirilməsinə dəstəyini ifadə edib.

Növbəti mərhələdə BMMT-nin Baş katibi təşəbbüsün reallaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın aidiyyəti qurumları ilə müvafiq məsləhətləşmələr aparacaq.

Bundan əlavə, Gürcüstana səfəri çərçivəsində BMMT-nin Baş katibi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsinə cavabdeh olan digər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri