Icma.az
close
up
RU
BMT Baş Assambleyasının 81 ci sessiyası başlayır Quterreş üçün son iclas

BMT Baş Assambleyasının 81 ci sessiyası başlayır Quterreş üçün son iclas

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının yüksəksəviyyəli həftəsi bu gün Nyu-Yorkda başlayır.

“Qafqazinfo” xəbər verir ki, 193 üzv dövlətin dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və digər yüksəkvəzifəli rəsmiləri bir araya gətirən tədbir sentyabrın 22-dən 28-dək keçiriləcək.

Səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq BMT Baş katibi Antonio Quterreş Baş Assambleyanın açılışında sonuncu dəfə bu rolu yerinə yetirəcək.

81-ci Baş Assambleyaya Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman sədrlik edəcək.

1955-ci ildən davam edən ənənəyə əsasən, prezidentlərdən sonra ilk çıxışı Braziliya edəcək. Ardınca ev sahibi ölkə ABŞ çıxış edəcək.

Bu il “Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün çalışan BMT” mövzusu ilə keçirilən sessiyada 150-dən çox dövlət və hökumət başçısının, eləcə də, çoxsaylı vitse-prezidentlərin, baş nazir müavinlərinin, nazirlərin və digər yüksəkvəzifəli rəsmilərin iştirakı gözlənilir.

Gündəliyin əsas mövzuları arasında BMT-nin mövcud qlobal şəraitə uyğunlaşdırılması və çoxtərəfli sistemin gücləndirilməsi yer alır. Liderlərin geosiyasi rəqabət, davam edən müharibələr, iqtisadi bərabərsizliklər və qlobal böhranlar fonunda beynəlxalq qurumların effektivliyinin artırılması və üzv dövlətlər arasında etimadın bərpası məsələlərini müzakirə edəcəkləri gözlənilir.

İqlim dəyişikliyi, Davamlı İnkişaf Məqsədləri, inkişaf maliyyəsi, süni intellekt və texnoloji transformasiya, qlobal səhiyyə, pandemiyaya hazırlıq, nüvə tərksilahı və beynəlxalq təhlükəsizlik də gündəmdə olacaq.

Həmçinin iqlim dəyişikliyi ilə mübarizə və ədalətli keçid, İnkişaf Hüququ Bəyannaməsinin 40-cı ildönümü, dəniz səviyyəsinin yüksəlməsi, gələcək pandemiyalara hazırlıq, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüklə mübarizə ilə bağlı yüksək səviyyəli görüşlər keçiriləcək.

Liderlərin həm Baş Assambleyadakı çıxışlarında, həm də ikitərəfli və çoxtərəfli görüşlərdə dünyanın müxtəlif bölgələrində davam edən münaqişə və böhranları müzakirə etmələri gözlənilir.

Qəzzadakı vəziyyətlə yanaşı, İrana hücumlar və Hörmüz boğazında naviqasiya azadlığı, Rusiya-Ukrayna müharibəsi, Kipr məsələsi, Sudandakı münaqişə və humanitar vəziyyət, Myanmadakı humanitar böhran və Haitidəki təhlükəsizlik böhranı da gündəmdə olacaq.

81-ci Baş Assambleya səlahiyyət müddəti ilin sonunda başa çatacaq BMT Baş katibi Antonio Quterreş üçün də xüsusi əhəmiyyət daşıyır.

Quterreşin 31 dekabr 2026-cı ildə başa çatacaq səlahiyyət müddətindən əvvəl Baş Assambleyada sonuncu çıxışını edəcəyi gözlənilir. Onun beynəlxalq sistemin üzləşdiyi çoxsaylı böhranlar və dəyişən qlobal tarazlıqlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulaması gözlənilir.

Quterreşin həmçinin BMT Nizamnaməsinin fundamental prinsiplərinə sadiqliyin və mübahisələrin həllində dialoqun əhəmiyyətindən danışacağı gözlənilir.

Növbəti BMT Baş katibinin seçilməsi prosesi davam edir. Yeni baş katibin 1 yanvar 2027-ci ildə vəzifəsinin icrasına başlaması gözlənilir. Baş Assambleya çərçivəsində aparılacaq diplomatik təmasların bu proses baxımından da əhəmiyyətli olacağı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri