Icma.az
close
up
RU
BMT Baş katibi: “Yüksək Səviyyəli Həftə” problemləri həll etmək üçün fürsətdir

BMT Baş katibi: “Yüksək Səviyyəli Həftə” problemləri həll etmək üçün fürsətdir

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Dünya ölkələrinin liderləri insanlığın üzləşdiyi qlobal çağırışlara real cavab verməlidirlər.

Gununsesi.info xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Debatlarla bağlı mətbuat konfransında deyib.

Baş katib bildirib ki, bu həftə xal toplamaq üçün deyil, problemləri həll etmək üçün fürsətdir.

Quterreş qeyd edib ki, həftə ərzində liderlərin görüşü keçiriləcək və özü 150-dən çox ikitərəfli görüş aparacaq: “Hər görüşdən liderləri birbaşa dialoqa təşviq etmək, uçurumları aradan qaldırmaq, riskləri azaltmaq və həll yolları tapmaq üçün istifadə edəcəyəm. İnsanlar cavab və əməl tələb edirlər, biz onların üzləşdiyimiz problemlərin ağırlığına uyğun hərəkətlər görməliyik”.

BMT rəhbəri vurğulayıb ki, görüşlərdə əsas mövzular Qəzza, Ukrayna, Sudan və Yaxın Şərqdə sülh, iqlim dəyişikliyi ilə mübarizə, süni intellektin məsuliyyətli idarə olunması, qadın və qızların hüquqları, inkişafın maliyyələşdirilməsi və BMT-nin gücləndirilməsi olacaq.

O Qəzza məsələsinə toxunaraq bildirib ki, beynəlxalq müdafiə qüvvəsi yaratmaq hazırda mümkün deyil, çünki İsrail və ABŞ buna qarşıdır. O, dərhal atəşkəsin və humanitar yardımların təmin olunmasının vacibliyini vurğulayıb.

Əfqanıstanda qadın və qızların ictimai həyatdan kənarda qalmasını “qəbuledilməz və zərərli” adlandıran Quterreş, beynəlxalq ictimaiyyəti “Taliban”ın humanitar işlərdə qadınların iştirakına imkan verməsi üçün səfərbər etdiklərini bildirib.

Ukrayna və digər konfliktlərdə qısamüddətli sülhə pessimist yanaşan Baş katib, tərəflərin mövqelərinin fərqli olduğunu, lakin ABŞ-nin vasitəçilik imkanlarının prosesə töhfə verə biləcəyini qeyd edib.

Quterreş həmçinin İsrail və Fələstin arasında iki dövlətli həll yolunun əhəmiyyətini vurğulayıb, lakin indiki hərbi əməliyyatlar və qeyri-qanuni məskunlaşmalar səbəbindən bu həll yolunun çətinliklərlə üzləşdiyini bildirib.

Qeyd edək ki, dünya liderlərini bir araya gətirən “Yüksək Səviyyəli Həftə” sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya Prezidenti açılış nitqi ilə çıxış edəcək, daha sonra isə ABŞ prezidenti Donald Tramp nitq söyləyəcək.

Bu il 80-ci dəfə keçiriləcək “Yüksək Səviyyəli Həftə”də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Sentyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see393

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see258

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see253

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see250

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see237

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see226

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see224

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see221

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see216

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see210

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see209

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see209

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see207

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see204

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see202

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see200

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see200

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see200

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see186

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri