Icma.az
close
up
RU
BMT də sükut pozuldu, altısəhifəlik sənəd gündəmi dəyişdi

BMT də sükut pozuldu, altısəhifəlik sənəd gündəmi dəyişdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Baş katibi Antoniu Quterreşin genişmiqyaslı islahat planları rəsmi şəkildə təsdiqlənib. Bu barədə onun nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, islahatlar üç əsas istiqaməti əhatə edir: resursların optimallaşdırılması, köhnəlmiş mandatların yenidən qiymətləndirilməsi və struktur dəyişiklikləri. Son iki istiqamət üzv dövlətlərin təsdiqini tələb edir.

“Reuters”in əldə etdiyi altısəhifəlik məxfi memoranduma görə, islahat çərçivəsində BMT-nin onlarla agentliyinin birləşdirilərək dörd əsas istiqamət üzrə yenidən qurulması nəzərdə tutulur: sülh və təhlükəsizlik, humanitar məsələlər, dayanıqlı inkişaf və insan haqları. Konkret tədbirlər sırasına Ümumdünya Ərzaq Proqramı (WFP), UNICEF, ÜST və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bir humanitar strukturda birləşdirilməsi daxildir.

İslahat çərçivəsində vəzifə təkrarlarını aradan qaldırmaq, işçi heyəti optimallaşdırmaq və bəzi əməkdaşların Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də planlaşdırılır.

Bu təşəbbüs əsas donor olan ABŞ-ın BMT-yə ümumilikdə 2,7 milyard dollar borcu (1,5 milyard – əsas büdcə, 1,2 milyard – sülhməramlı əməliyyatlar) fonunda yaranan maliyyə böhranı ilə əlaqələndirilir. Yardımların azaldılması BMT-nin Humanitar Məsələlər İdarəsində 20%-lik ixtisara, Beynəlxalq Miqrasiya Təşkilatında isə 6 min iş yerinin risk altında qalmasına səbəb olub.

Qeyd edək ki, ABŞ hökumətinin 2026-cı maliyyə ili üçün təqdim etdiyi büdcə layihəsində BMT və digər beynəlxalq təşkilatlara könüllü töhfələrin dayandırılması hesabına 1,7 milyard dollar qənaət nəzərdə tutulur. Bu, xüsusilə BMT, UNESCO və ÜST-ə yönələn töhfələri əhatə edir.

Düjarrik bu məsələyə münasibət bildirərək onun ABŞ-ın daxili prosesi olduğunu deyib və Konqresin yekun səsverməsini gözləməyi tövsiyə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 4 fevral 2020-ci ildə BMT-nin İnsan Haqları Şurası və Fələstinli Qaçqınlara Yardım Agentliyindən çıxmaq barədə fərman imzalamışdı. O, BMT-ni uzun müddətdir potensialını reallaşdıra bilməməkdə və qeyri-effektiv idarəetmədə ittiham etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri