BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Üçüncü tərəf vasitəsilə dolayı danışıqların aparılması ehtimalının olması xəbərini də müsbət qarşıladıq. Ümid edirik ki, üçüncü ölkədən vasitəçi kimi istifadə etmək imkanı reallaşacaq”, - deyə o bildirib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Vaşinqtonun vasitəçilərin köməyi ilə aparılan danışıqlara müsbət cavab verəcəyini bildirmişdi.
Diplomat bildirib ki, məsləhətləşmələr başlasa, Oman çox güman ki, vasitəçi kimi çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Aprel 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















