Icma.az
close
up
RU
BMT nin 80 ci sessiyası: Azərbaycan diqqət mərkəzində

BMT nin 80 ci sessiyası: Azərbaycan diqqət mərkəzində

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu günlərdə dünyanın diqqəti Nyu-Yorka, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasına yönəlib. Sessiya çərçivəsində müxtəlif debatlar təşkil edilir, qlobal müstəvidə narahatlıq doğuran məsələlər müzakirə olunur. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılıb. Yüksəksəviyyəli debatlar sentyabrın 30-na kimi davam edəcək. BMT Baş Assambleyasının yubiley sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə işgüzar səfər ediblər.

Azərbaycan lideri sessiya çərçivəsində bir sıra rəsmilər, eyni zamanda, dünya miqyasında tanınmış nəhəng şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bütün təmaslar əməkdaşlıq imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, görüşlər məhz qarşı tərəfin müraciətləri ilə reallaşıb, bu, bir daha ölkəmizə, onun liderinə olan marağın və münasibətin göstəricisidir.

Azərbaycan həm də bu sessiyada qalib dövlət, ərazi bütövlüyünü və suverenliyini öz gücünə tam təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etmiş bir dövlət olaraq təmsil olunur. Azərbaycan 1992-ci il martın 2-dən BMT-yə üzv olub. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı məsələsi daim BMT tribunasından səsləndirilib və qurum tərəfindən müvafiq addımlar atılmağa çağırış edilib.

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etsə də, onların icrası istiqamətində adekvat addımlar atılmayıb. Bu qətnamələr Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrini nəzərdə tuturdu. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazilərini azad etməklə həm də qeyd olunan qətnamələrin icrasına nail oldu, bununla həm də tarixi ədalətsizliyə son qoydu. Ölkəmiz son 80 ildə mütləq hərbi-siyasi qələbə qazanan yeganə dövlət kimi də tarixə düşdü. Azərbaycan qalib dövlət olmasına rəğmən, müharibədən sonra sülh istiqamətindəki təşəbbüsləri, addımları ilə göstərdi ki, regionda sülhün, sabitliyin, əməkdaşlığın qurulmasında, düşmənçilik səhifəsinin birdəfəlik qapanmasında maraqlıdır. Sülh istiqamətində Vaşinqton sammitinə qədər əldə edilmiş inkişaflar məhz Azərbaycanın səylərinin nəticələri idi. 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli sammit və imzalanmış Birgə Bəyannamə nəhayət ki, regiona sülh gətirdi, müharibə ehtimalını aradan qaldırdı.

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbulda Azərbaycan və ABŞ liderləri arasında dialoq zamanı Tramp bir daha İlham Əliyevin sülh səylərini yüksək qiymətləndirib.

Prezident Tramp Ermənistan və Azərbaycanın uzun illər müharibə şəraitində olduğunu vurğulayıb. Prezident İlham Əliyev isə  münaqişənin 30 ildən artıq davam etdiyini və ABŞ liderinin möcüzə yaratdığını söyləyib.

Donald Tramp vəziyyətlə maraqlanıb, atışmanın olub-olmadığını soruşub. Azərbaycan lideri isə hər şeyin tamamilə bitdiyini, avqustun 8-də buna son qoyulduğunu söyləyib.

Prezident Donald Tramp İlham Əliyevə müraciətlə deyib: "Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız".

Bu, dünyanın fövqəldövlətinin liderinin Azərbaycan Prezidentinə böyük hörməti, xüsusi rəğbətinin göstəricisidir. Dünyada çoxsayda münaqişələrin, müharibələrin olduğu zamanda Prezident İlham Əliyevin Cənubi Qafqazda münaqişəyə son qoyması, sülh üçün çalışması əlbəttə ki, təqdir olunmalıdır. Bir sıra liderlərin BMT tribunasından səsləndirdikləri müsbət açıqlamaları da bunu göstərir.

BMT-nin Baş katibi Antonio Quterreş sessiyada çıxışında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış Bəyannaməni bütün dünya üçün müsbət siqnal adlandırıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışladığını söyləyib: "Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir".

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edib: "İran sülh və sabitliyi dəstəkləyir. İnanırıq ki, regionun və dünyanın gələcəyi əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət üzərində qurulacaq".

Bu gün diqqətdə olan başqa bir məsələ isə BMT-də islahatların aparılmasıdır. Çünki Azərbaycan nümunəsi də göstərdi ki, BMT kimi nüfuzlu bir qurum müharibələrin, münaqişələrin qarşısını almaqda gücsüzdür. Qurum dünyada sülh və təhlükəsizliyi qorumaq, beynəlxalq problemləri həll etmək kimi öhdəliklərini yetirə bilmir. ABŞ Prezidenti Donald Tramp da Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı BMT-nin münaqişələrin həllində səmərəsiz olduğunu qeyd edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və bir çox siyasi, iqtisadi liderlərlə görüşləri, Azərbaycanla bağlı gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirə olunması ölkəmizin imicindən, onun liderinin şəxsi nüfuzundan xəbər verir: "Həmin görüşlər, eləcə də aparılan danışıqlar, Prezidentə yönəlik münasibət bunu deməyə əsas verir. Biz ABŞ Prezidenti Donald Trampla Azərbaycan liderinin dialoqunu izlədik. Prezidentə göstərilən etimad bir daha onu deməyə əsas verir ki, Azərbaycan liderinin beynəlxalq arenada kifayət qədər yüksək nüfuzu var. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş nəticələr, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eyni zamanda regionun həm siyasi, həm iqtisadi baxımdan əsas aparıcı gücünə, dövlətinə çevrilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxarıb. Bu kontekstdə regiona xüsusilə çox ciddi maraq göstərən güc dövlətləri var. ABŞ, Böyük Britaniya, Çin və digər Avropa ölkələri regiona kifayət qədər ciddi maraq göstərirlər. Azərbaycanın regionda artan nüfuzu təbii ki, ölkəmizi onlar üçün də maraqlı tərəfə çevirir. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, BMT təbii ki, dünyanın nüfuzlu bir təşkilatıdır. Amma təəssüf ki, BMT-nin hal-hazırda da dünyada baş verən proseslərə təsir etmək imkanları kifayət qədər aşağıdır. Biz bunu əslində 30 il ərzində öz üzərimizdə hiss etdik. Azərbaycanla bağlı 4 qətnamə qəbul olunmasına baxmayaraq, onlar icra olunmurdu.  BMT-nin icra mexanizmi olduqca zəifdir. Biz həmin o dörd qətnaməni öz gücümüzə reallaşdırdıq".

Deputat əlavə edib ki, hazırda dünyanın bir çox nöqtələrində gərginliklər davam edir, bunların fonunda da BMT-nin həmin proseslərlə təsir etmək imkanları olduqca zəif görünür: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl belə bir ifadə səsləndirib: "Dünya beşdən ibarət deyil". Bunu söyləyərkən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün proseslərə təsir imkanlarını nəzərdə tuturdu. Azərbaycan və Türkiyə prezidentləri, bir sıra digər liderlər də son dövrlərdə BMT-nin rekonstruksiya olunması, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ilə bağlı təkliflər irəli sürürlər. Azərbaycan Prezidenti təklif etmişdir ki, Qoşulmama Hərəkatının üzvlərindən biri orda təmsil olunsun. Eyni zamanda, türk dövlətlərindən birinin də TŞ-da təmsilçiliyi nəzərdə tutulmalıdır. Bu kimi təkliflər var və bütün bunların kontekstində mən də o fikirdəyəm ki, BMT strukturlarında çox ciddi islahatlara, çox ciddi dəyişikliklərə gedilməlidir. Çünki bu beynəlxalq təşkilat dünyada baş verən proseslərə təsir imkanlarına, icra mexanizmlərinə malik olmalıdır. Dünyanın bu gərgin dönəmində ən azından gərginliklərin yatırılması istqamətində real addımlar atmaq imkanlarına malik olmalıdır. Amma reallıq bundan ibarətdir ki, bu nüfuzlu təşkilat gözləntilərə adekvat cavab vermək imkanlarına malik deyil, bunlar da nəzərə alınmalıdır. Amma istənilən halda bu cür təşkilatda Azərbaycanın təmsil olunması, Prezidentin son sessiyada iştirakı, keçirdiyi görüşlər ölkəmizin, eləcə də qardaş Türkiyənin, türk dünyasının artan nüfuzundan xəbər verir. Eyni zamanda, Azərbaycan Prezidentinin şəxsi nüfuzunun göstəricisidir ki, bu da təbii ki, qürurvericidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see317

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see147

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see132

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri