BMT nin Baş katibi İsrailin Livana qarşı kütləvi hücumlarını PİSLƏDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş 8 apreldə İsrailin Livana qarşı kütləvi hava hücumlarını pisləyib.
Redaktor.az xəbər verir ki, bu hücumlar nəticəsində yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar həlak olub və yaralanıb, mülki infrastruktura ziyan dəyib. Bu barədə Quterreşin sözçüsü Stefan Dujarrik bildirib.
“Baş katib mülki şəxslərin ölümünü qətiyyətlə pisləyir və mülki şəxslər arasında itkilərin sayının artmasından dərin narahatlıq keçirir. O, Livan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə və tam sağalmasını arzulayır”, – deyə Stefan Dujarrik yazıb.
BMT-nin saytında dərc olunmuş bəyanatda bildirilir ki, İran və ABŞ arasında elan edilən atəşkəsə baxmayaraq, Livanda davam edən hərbi əməliyyatlar atəşkəsə və regionda davamlı və hərtərəfli sülhə nail olmaq səylərinə ciddi təhlükə yaradır. Quterreş hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.
Bəyanatda deyilir: "Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq hər zaman hörmətlə qarşılanmalıdır. Mülki şəxslər və mülki obyektlər hər zaman qorunmalıdır və onlara qarşı hücumlar qəbuledilməzdir. Münaqişənin hərbi həlli yoxdur".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















