Icma.az
close
up
RU
BMT nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

BMT nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 mart, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi təşkilatın təşkil etdiyi süni intellekt (AI) üzrə yeni müstəqil ekspert qrupunun açılış iclasında bildirib ki, onun üzvü olan mütəxəssislər yeni texnologiyanın bəşəriyyətin rifahı naminə necə istifadə olunacağını formalaşdırmaq üzrə böyük məsuliyyət daşıyırlar.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin rəhbəri çərşənbə axşamı günü süni intellekt üzrə Müstəqil Beynəlxalq Elmi Panelinin ilk iclasında alimlərə müraciət edərək bildirib: “Sizin hər biriniz müxtəlif bölgələri və elm sahələrini təmsil edirsiniz, süni intellekt və əlaqəli sektorlarda böyük təcrübə qazanırsınız. Siz dünyanın əvvəllər heç görmədiyi bir texnoloji nailiyyəti təmsil edirsiniz”.

O əlavə edib ki, ekspert qrupunun üzvü olan 40 alimin məqsədi süni intellektdən istifadə sahəsində mövcud olan boşluğu aradan qaldırmaq, habelə bu texnologiyanın iqtisadiyyatlara və cəmiyyətlərə real təsirini qiymətləndirməkdir. Bu, ölkələrə bərabər şəraitdə eyni səviyyədə hərəkət etməyə imkan verəcək.

Ekspertlər BMT də daxil olmaqla, heç bir hökumətdən, şirkətdən və ya qurumdan asılı olmayan elmi qiymətləndirmələr aparacaqlar. Quterreş vurğulayıb: “Süni intellekt ildırım sürəti ilə irəliləyir, heç bir ölkə, şirkət və tədqiqat sahəsi təkbaşına tam mənzərəni görə bilməz. Dünyanın təcili olaraq süni intellektin ortaq, qlobal bir anlayışına ehtiyacı var. Bu, ideologiyaya deyil, elmə əsaslanmalıdır”.

Onun sözlərinə görə, süni intellekt onilliklər ərzində sülhü və təhlükəsizliyi, insan hüquqlarını və davamlı inkişafı formalaşdıracaq. AI texnologiyalarının ətrafında yaranan anlaşılmazlıq barədə xəbərdarlıq edən BMT-nin Baş katibi deyib: “Faktların gizlədildiyi və ya təhrif edildiyi zaman qorxunun nə qədər tez yayıla biləcəyini, etibarın necə pozulduğunu və bölünmənin necə dərinləşdiyini gördüm. Geosiyasi gərginliyin artdığı və münaqişələrin qızışdığı bir vaxtda ortaq anlaşmaya, təhlükəsiz və məsuliyyətli süni intellektə ehtiyac daha çoxdur”.

Süni intellektin sürətli inkişafını diqqətə çatdıran Quterreş alimlərə bildirib ki, hazırda elmi panel zamanla yarışır. AI-nin çox sürətlə irəliləməsi ilə bağlı narahatlıqlara toxunan Baş katib deyib: “Belə genişmiqyaslı texnoloji inkişafın şahidi olmamışıq. Həqiqətən də yüksək sürətlənmə səviyyəsinə çatmışıq”.

Baş katib BMT-nin süni intellekt siyasətinə yönəlmiş məsələlərlə məşğul olan digər təşəbbüsü çərçivəsində - AI üzrə Yüksəksəviyyəli Məsləhət Orqanında əldə edilən irəliləyişlərə əsaslanaraq vurğulayıb ki, yeni ekspert qrupu həmin təcrübədən istifadə edə bilər. “Bu gün dünyamız üçün bundan daha vacib bir vəzifə düşünə bilmirəm”, -deyə BMT-nin rəhbəri çıxışının sonunda qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri