BMT: Qəzzada yenidənqurma işlərinə 70 milyard dollarlıq məbləğ sözü verilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ, Avropa və ərəb ölkələri tərəfindən Qəzzada yenidənqurma işlərinə ümumilikdə 70 milyard dollarlıq ilkin məbləğ sözü verilib.
APA xəbər verir ki, bunu BMT İnkişaf Proqramının Fələstin üzrə xüsusi nümayəndəsi Jako Silliers jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki il davam edən HAMAS-İsrail müharibəsi azı 55 milyon tonluq dağıntıya yol açıb.

