BMT rəsmisi: İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisə ciddi təhlil edilməlidir
Report.az saytına istinadən Icma.az xəbər verir.
Erkən xəbərdarlıq sistemləri iqlimin ətraf mühitə təsirini proqnozlaşdırmaqla bərabər, itkiləri azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsinə də xidmət etməlidir.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin qurumun Fəlakət Riskinin Azaldılması İdarəsindəki xüsusi nümayəndəsi Kamal Kişor COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, bütün ölkələrin müxtəlif səviyyələrdə fəlakət riskinin idarə edilməsi üçün imkanları var:
"Bu məsələdə uğurlu nəticə üçün üçün bütün səylərimizi səfərbər etməli, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə sərmayə qoymağa davam etməliyik.
Hələ də çox ölkə var ki, orada erkən xəbərdarlıq sistemlərinə sərmayələri yönləndirmək lazımdır. Bu birdəfəlik həll edilə biləcək məsələ deyil, davamlı olmalı, təkmilləşdirilməlidir.
İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisəni ciddi təhlil etməkdən çəkinməməliyik və erkən xəbərdarlıq sistemlərinin necə xidmət etdiyini, onların necə təkmilləşdirilə biləcəyini öyrənməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















