Icma.az
close
up
RU
BMT Qarabağ və Şərqi Zəngəzurdakı şəhərsalmanı alqışladı

BMT Qarabağ və Şərqi Zəngəzurdakı şəhərsalmanı alqışladı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma prosesi postmünaqişə dövründə dayanıqlı urbanizasiya yanaşmasının real nümunəsidir.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

O qeyd edib ki, şəhərlərin planlaşdırılması zamanı bütöv ərazilər nəzərə alınmalıdır.

“Nəqliyyat dəhlizlərinə investisiya yatırılarkən həmin marşrut boyunca yerləşən icmaların mənzil təminatı, bazarları, xidmətləri, torpaq resursları və dolanışıq imkanlarına da sərmayə qoyulmalıdır. Dayanıqlı urbanizasiya şəhərləri əhatə edən kənd ərazilərinin inkişafından ayrılmazdır”.

Anaklaudia Rossbax bildirib ki, ötən ilin oktyabrında keçirilən Milli Şəhərsalma Forumu çərçivəsində bölgəyə səfəri zamanı mənzil təminatı, ictimai xidmətlər, rəqəmsal bağlantı və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışı əsasında inteqrasiya olunduğunu müşahidə edib.

“Burada məqsəd şəhər və qəsəbələri ayrı-ayrılıqda bərpa etmək deyil, funksional insan coğrafiyasını yenidən qurmaqdır”.

O həmçinin əlavə edib ki, regional nəqliyyat dəhlizləri, enerji xətləri və rəqəmsal şəbəkələr boyunca yerləşən şəhər və kənd icmaları yalnız keçid ərazisi kimi deyil, strateji investisiya məkanı kimi qiymətləndirilməlidir.

UN-Habitat rəsmisi sonda WUF13 çərçivəsində keçirilən sessiyanın xüsusi əhəmiyyət daşıdığını bildirib və müzakirələrin yekununda ortaya çıxacaq öhdəlikləri maraqla gözlədiyini vurğulayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri