Icma.az
close
up
RU
BMT TŞ: Uşaqlar II Dünya müharibəsindən sonra baş verən münaqişələrdən daha çox zərər çəkirlər

BMT TŞ: Uşaqlar II Dünya müharibəsindən sonra baş verən münaqişələrdən daha çox zərər çəkirlər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 mart, AZƏRTAC

BMT-nin siyasi məsələlər üzrə rəhbəri Rozmari DiKarlo ABŞ-nin birinci xanımı Melaniya Trampın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında xəbərdarlıq edib ki, İkinci Dünya müharibəsindən bəri bəşəriyyətin ən çox silahlı münaqişə yaşadığı, məktəblərə edilən ciddi qanun pozuntuları və hücumların kəskin şəkildə artdığı bir vaxtda uşaqlar görünməmiş risklərlə üzləşirlər.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT rəsmisi əlavə edib: “Bu müzakirə müstəsna əhəmiyyət kəsb edən bir vaxta təsadüf edir. Bu gün biz İkinci Dünya müharibəsindən bəri ən çox silahlı münaqişə ilə üzləşirik. Bu münaqişələrdə həlak olan mülki şəxslərin sayı onilliklər ərzində ən yüksək həddə çatıb. Reallığımız aydındır: münaqişələrin alovlandığı bir şəraitdə uşaqlar ən çox zərərçəkənlər arasındadır”.

DiKarlo son iki gün ərzində İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Oman və İrandakı məktəblərin bağlanması və bölgədə davam edən hərbi əməliyyatlar səbəbindən distant təhsilə keçilməsi ilə uşaqların üzləşdiyi təhlükələri vurğulayıb.

Onun sözlərinə görə, qlobal miqyasda hər beş uşaqdan biri, yəni, 473 milyon azyaşlı münaqişə zonasında yaşayır və ya qaçqındır. Uşaqlara qarşı ciddi zorakılıq hallarının BMT tərəfindən təsdiqlənmiş statistikası 2023-cü ildən 2024-cü ilə qədər belə mənfi tendensiyanın 25% artdığını göstərir. Təcavüz və digər cinsi zorakılıq formaları isə 35% artıb. “Zorakılıqla müşayiət olunan münaqişələrdə məktəblər uşaqları insan alveri və istismardan qoruyan yeganə təhlükəsiz məkanlardan biri ola bilər. Münaqişə zonalarında təhsil həyatı qurtaran bir vasitədir”, - deyə DiKarlo bildirib.

Bununla belə, o, məktəblərin, müəllimlərin və infrastrukturun hədəf alınması hallarının davam etdiyi barədə xəbərdarlıq edib: “Təkcə 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı məktəblərə və xəstəxanalara edilən 2374 hücumu təsdiqləyib. Daha çox hücum barədə səhih məlumatın olmaması səbəbindən onlar təsdiqlənməyib”.

DiKarlo əlavə edib ki, böhran və münaqişə vəziyyətlərində olan 234 milyon uşağın hazırda təhsil dəstəyinə ehtiyacı var, 85 milyon azyaşlının isə tamamilə məktəbdən kənarda qaldığı bildirilir. O, həmçinin artan ehtiyaclara baxmayaraq, fövqəladə hallarda təhsil üçün maliyyələşdirmənin 24% azaldığını vurğulayıb.

BMT rəsmisi əlavə edib: “Texnologiyanın verdiyi imkanların reallaşmasını təmin etmək üçün onun risklərini azaltmalıyıq. Münaqişə zonalarında olan uşaqlar artan onlayn təhdidlərlə - insan alveri, radikallaşma, silahlı qruplara rəqəmsal cəlbetmə və kiberhücumlar ilə üzləşirlər”. O, üzv dövlətləri təhsildəki maliyyələşdirmə boşluqlarını aradan qaldırmağa çağırıb. “Uşaqları münaqişələrdən qorumağın ən təsirli yolu müharibələrin qarşısını almaq və onlara son qoymaqdır", - deyə DiKarlo bildirib.

Öz növbəsində, Melaniya Tramp bəyan edib: “Sülhə aparan yol uşaqlarımızı təhsil və texnologiya vasitəsilə gücləndirmək üçün məsuliyyət daşımağımızdan asılıdır. Münaqişə cəhalətdən irəli gəlir, lakin bilik insanlarda qarşılıqlı anlayış yaradır, qorxunu sülh və birliklə əvəz edir”, - deyən ABŞ-nin birinci xanımı, həmçinin Şura üzvlərini uşaqları qorumağa və hamı üçün yüksək təhsilə çıxışı təşviq etməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri