Icma.az
close
up
RU
BMT: Uzunmüddətli müharibə 45 milyon insanı aclığa sürükləyəcək

BMT: Uzunmüddətli müharibə 45 milyon insanı aclığa sürükləyəcək

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilin ortalarına qədər davam edərsə, əlavə 45 milyon insan şiddətli aclıqla üzləşə bilər.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bildirib ki, strateji əhəmiyyətə malik Hörmüz boğazının  tam bağlanması və Qırmızı dənizdə gəmiçiliyin risk altında olması enerji, yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olub.

Banco.az xəbər verir ki, qurumun açıqlamasına görə, bu vəziyyət Yaxın Şərqdən kənarda da ciddi nəticələr doğurur və qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Bu göstəricinin Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra müşahidə olunan səviyyəni aşacağı ehtimal edilir.

Ümumdünya Ərzaq Proqramının baş direktorunun müavini və əməliyyat direktoru Karl Skau bildirib ki, münaqişənin davam etməsi qlobal miqyasda ciddi təsirlər yaradacaq:
“Əgər bu münaqişə uzanarsa, onun şok dalğaları bütün dünyaya yayılacaq və onsuz da növbəti yeməyini təmin etməkdə çətinlik çəkən ailələr bundan ən çox zərər görəcək”.

ÜƏP qeyd edib ki, enerji və ərzaq bazarları bir-biri ilə sıx bağlıdır və Körfəz bölgəsində dəniz nəqliyyatının pozulması xüsusilə həssas ölkələrə ağır təsir edir. Sudan və Somali kimi ölkələrdə artıq əsas ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur.

Qurumun məlumatına görə, qida və yanacaq idxalından yüksək asılılığı olan Saharaaltı Afrika və Asiya ölkələri bu böhranın təsirlərini daha dərindən hiss edəcək. Hesablamalara əsasən, həmin regionlarda ərzaq təhlükəsizliyi problemi yaşayan insanların sayının təxminən 20 faiz artacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Mart 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri