Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

BMT və ABŞ: Kim kimi şantaj edir? TƏHLİL

BMT və ABŞ: Kim kimi şantaj edir? TƏHLİL

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatların Respublikaçılarının BMT üzərində nəzarəti bərpa etmək təşəbbüsünün maliyyə məqsədləri ilə bağlı müxtəlif fikirlər var və belə görünür ki, bu məsələ çox maraq doğurub. Əslində, bütün bu addımların hansısa bir təzyiq vasitəsi olduğu qənaətində olanlar da az deyillər. Belə zənn olunur ki, ortada bir şantaj niyyəti var. Amma maraqlı və sual doğuran odur ki, görəsən, kim kimi şantaj edir?...

Bildiyimiz kimi, bir qrup respublikaçı senator ABŞ Konqresinə “BMT-nin tam geri çəkilmə aktı” adlı qanun layihəsi təqdim edib. Onu da bilirik ki, bu sənəd BMT ilə ABŞ-ı əlaqələndirən bütün qaydaların ləğvini nəzərdə tutur. Bundan əlavə, mətn maliyyələşdirmənin dayandırılmasını və BMT Katibliyinin əməkdaşlarının diplomatik toxunulmazlığının ləğvini nəzərdə tutur. Bununla bağlı bəzi KİV-lər respublikaçıların təşəbbüsünü ABŞ-ın BMT-dən çıxması layihəsi adlandırmağa tələsdilər də. Lakin bəzi politoloqlar hesab edilər ki, reallıqda bu heç də belə deyil. Respublikaçılar dünya təşkilatında iştirakdan tamamilə imtina etmək niyyətində deyillərmiş...

Xatırladaq ki, sözügedən qanun layihəsinin təşəbbüskarları olan senatorlar BMT Katibliyinin müəyyən maliyyə “sui-istifadələrini” göstərirlər. Müvafiq olaraq, onlar öz hərəkətlərini amerikalı vergi ödəyicilərinin vəsaitlərini qorumaq istəyi ilə izah edirlər. Eyni zamanda, “tənzimləmənin” BMT rəsmilərinin fiskal məsuliyyətini artıracağı və Çinin onlar üzərində təsirini azaldacağını bildirilir. Həmçinin, onu da onutmaq lazım deyil ki, qanun layihəsinin bəndlərindən biri məhz gələcəkdə BMT ilə qarşılıqlı əlaqənin mümkünlüyünü nəzərdə tutur, lakin yalnız bəzi sərt şərtlərlə və ələlxüsus da Senatın təsdiqi şərti əsas hesab olunur.

Onu da unutmaq lazım deyil ki, bu gün Vaşinqton məhz Birləşmiş Millətlər Təşkilatının əsas sponsorlarından biridir və onun büdcəsinə 22% “töhfə” verir. Müqayisə üçün diqqətə çatdıraq ki, Çin və Aİ-nin hər biri BMT xərclərinin təxminən 15%-ni, Yaponiyaya 8%-ni, İngiltərə 4,5%-ni, Rusiyaya 2%-ni təşkil edir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, amerikalıların “səxavəti” heç də fədakarlıq da deyilmiş. Anqlosakslar BMT-nin, xüsusən də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların maliyyə arxitekturasının müəllifləridirlər. Sirr də deyil ki, Beynəlxalq Valyuta Fondu (BVF) beynəlxalq ticarətdə hesablaşmalar üçün istifadə olunan valyutaların sabitliyini təmin etmək üçün yaradılıbdır. Həmçinin məlumdur ki, Dünya Bankı zəif inkişaf etmiş iqtisadiyyatların güclənməsinə kömək etmək üçün onlara kreditlərin verilməsinə cavabdehdir. Belə çıxır ki, hər iki BMT maliyyə qurumu maliyyə əməliyyatları üçün “ehtiyat valyutalar səbətindən” istifadə edir. Təbii ki, bunlara ABŞ dolları, eyni zamanda, avro, Yapon iyeni, Britaniya funt sterlinqi və Çin yuanı daxildir. Sözsüz ki, BVF və Dünya Bankının kreditləri ehtiyat valyutalarda verilir. Dünyanın mərkəzi banklarından ehtiyatlarının əksəriyyətini ehtiyat valyutalarda saxlamaları da tələb olunur. Üstəlik, Federal Ehtiyat Sisteminin pul vahidi əsas hesab olunur. 2023-cü ilə qədər dünya ölkələrinin bütün qızıl-valyuta ehtiyatlarının 60%-dən çoxu dollarda saxlanılırdı. Amma hamı bilir ki, son iki ildə Amerika valyutasının “payı” azalıb, lakin hələ də “əhəmiyyətli səviyyədə” də qalır. Ona görə də Vaşinqton BMT-yə maliyyə ayırmaqla, faktiki olaraq, beynəlxalq hesablaşmalarda öz valyutasından istifadəni maliyyələşdirir.

Başqa diqqət çəkən məqam odur ki, son vaxtlar iqtisadçıların ortaya atdığı bir məsələ, de-dollarizasiyaya meyl var. Ona görə də “Respublikaçı qanun layihəsi” şantaj vasitəsi kimi görünür. Bu, BMT rəsmilərinə onları kimin maliyyələşdirdiyini xatırlatmaq məqsədi daşıyır. Beləliklə, beynəlxalq danışıqlarda Amerika maraqlarının daha fəal lobbiçiliyini təşviq etmək nəzərdə tutulur. Üstəlik, respublikaçıların hərəkətlərində başqa məqsəd də ola bilər və hətta bu, gözlənilən hesab olunur.

ABŞ-ın beynəlxalq strukturlarda əvvəlki iştirak təcrübəsini xatırlatmaq bu məqamda tam yerinə düşür. Beləki, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra Amerika prezidenti Vudro Vilson yeni beynəlxalq strukturun, yəni, “Millətlər Liqasının” yaradılması təşəbbüsü ilə çıxış etdi. Demokratik dövlətlərin bu birliyinin müharibələr və qarşıdurmalar üçün “dərdə” çevriləcəyi də elan edildi. 1919-cu ildə Vilsonun rəhbərliyi ilə təşkilatın nizamnaməsi də hazırlandı. Eyni zamanda, nizamnamə sənədi 44 ölkə tərəfindən imzaladı da. Millətlər Cəmiyyətinin nizamnamə orqanlarının, yəni, məclis, katiblik və şuranın formalaşdırılması nəzərdə tutulurdu. Sonuncu müasir BMT Təhlükəsizlik Şurasının analoqu kimi çıxış edirdi və daimi və qeyri-daimi üzvlərdən ibarət idi. Daimi üzv yerlər ABŞ, Britaniya İmperiyası, Fransa, İtaliya və Yaponiya üçün ayrılmışdı. Lakin ABŞ Senatı “qəflətən” nizamnaməni ratifikasiya etməkdən imtina etdi. Buna görə də ABŞ formal olaraq Millətlər Liqasına üzv olmadı. Eyni zamanda, Amerika Konqresi Vaşinqtonun beynəlxalq təşkilatların ayrı-ayrı texniki qurumlarında iştirakının mümkünlüyünü sanksiya edib. 1920-ci ildə qəbul edilmiş Konqresin qətnaməsi ilə Donald Trampın müttəfiqlərinin qanun layihəsini müqayisə etsək görərik ki, onlar “bir qabda iki fərlənməyən noxud” kimi oxşardırlar.

Beləliklə, belə məlum oldu ki, Birləşmiş Ştatlar Millətlər Liqasının İqtisadi və Maliyyə Təşkilatı adlanan texniki orqanının fəaliyyətində iştirak etdi. Sözügedən struktur, digərləri ilə yanaşı, beynəlxalq kreditlərin verilməsinə cavabdeh də idi. Kreditlərin verilməsi birbaşa Amerika subsidiyalarından asılı sayılırdı və Birləşmiş Ştatlar Millətlər Liqasının üzvü olmadığı üçün kreditlərinə görə əlavə zəmanət də tələb edirdi. Xüsusilə, “Fed” məhz kreditlər üçün girov kimi qızıl ehtiyatlarını təmin etməyə də çalışdı. Məhz belə zəmanətlər altında Avstriya, Macarıstan, Estoniya, Bolqarıstan, Yunanıstan və digərləri kreditlərlə elə Millətlər Liqası vasitəsilə ayrılırdı. Bu məqamda da sadalanan ölkələrin qızıl külçələri artıq xaricə köç edirdi. Orada hətta onların izləri də “itirildi” və hələ də “sual altında” qalmaqdadır.

Donald Trampın müttəfiqlərinin təşəbbüsünü xatırladaraq, nəzərə çatdırmaq istəyirik ki, biz məhz ABŞ-ın BMT-dən tam çıxmasından danışmırıq və bu heç müzakirə də olunası deyil. Mövcud durum, şərtlər tamamilə fərqli diqtələr ortaya qoyur. Beləki, BMT-dən çıxmaq üçün Vaşinqton alternativ beynəlxalq təşkilat yaratmalıdır. Əks halda, dollar ehtiyat valyuta statusunu tamamilə itirə bilər. Daha bir xatırlatma da edək ki, BMT-yə alternativ yaratmaq cəhdi 2021-ci ildə elə prezident Co Bayden tərəfindən edilmişdi. O zaman 120-dən çox ölkə “Demokratik Ölkələr Liqası” adlı layihədə iştirak etmək üçün dəvət də olunmuşdular. Lakin bu təşəbbüs tam “uğursuzluqla” başa çatdı. Yalnız Qərb ölkələrinin liderləri demokratiya sammitində iştirak etməyə razılıq verdilər. Buna görə də, anqlosakslar Millətlər Liqasının təcrübəsinə qayıtmaq imkanını nəzərdən keçirməkdən daha yaxşı bir şey tapmadılar. Bax elə bütün bu faktları və arqumentləri nəzərə aldıqda təbii və bədahətən bir sual ortaya çıxır ki, görəsən, həqiqətən də kim kimi və nə məqsədlə şantaj edir?...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri