Icma.az
close
up
RU
BMTnin rəsmisi: “İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq” FOTO

BMTnin rəsmisi: “İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq” FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakıda COP29 çərçivəsində “Su, enerji, ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişmələri getdikcə su, ərzaq və ekosistemə daha çox təsir edir və iqlim dəyişmələri fonunda ən çox qarşılaşdığımız problemlərdən biri də su qıtlığıdır. 
O qeyd edib ki, dünya ölkələri ortaq su resurslarına malik olduğundan heç bir dövlət təklikdə bu problemin öhdəsindən gələ bilməz.
“Ortaq su resursları birlikdə idarə olunmalıdır. Bu, təkcə ətraf mühiti deyil, insanların rifahını da yaxşılaşdıracaq. COP29 Sədrliyi iqlim fəaliyyətləri üçün su üzrə Bakı dialoquna start verib. Bu, bizim dayanaqlı gələcəyimiz üçün çox faydalı olacaq. Hər kəsi regional əməkdaşlığa, bilik və resursları paylaşmağa dəvət edirəm”, - deyə nazir müavini vurğulayıb.


“Regional əməkdaşlıq üzrə perspektivlər” mövzusunda panel müzakirələrdə çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını deyib. Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır və buna görə də ərzaq istehsalı 2 dəfədən çox artırılmalıdır. FAO rəsmisinin sözlərinə görə, təbiətdən dayanıqlı istifadə edilməsə, böhranın qarşısını almaq mümkün olmayacaq.
 

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Dmitri Mariyasin çıxışında deyib ki, dünyada artıq gözlənilməz iqlim böhranları baş verir, qlobal su dövriyyəsi pozulur. Onun sözlərinə görə, bu da təchizat zəncirinə, ekosistemə mənfi təsir edir.


İcraçı katib bu problemlərin gələcəkdə daha da artacağını əlavə edərək, iqlim dəyişikliyinin içməli və kənd təsərrüfatı sahəsində su qıtlığına gətirib çıxaracağını vurğulayıb. Bu baxımdan o, milli səviyyədə su üzrə qanunların qəbulunun və bu beynəlxalq səviyyədə əməkdaşlığın vacibliyini qeyd edib.
BMT Ətraf Mühit Proqramının Ekosistem Bölməsinin direktor müavini Bruno Pozzi, Dünya Meteorologiya Təşkilatının hidrologiya, su və kriosofer üzrə direktoru Stefan Uhlenbruk regional əməkdaşlığın əhəmiyyəti, su hövzələrinin birgə idarəsi barədə danışıblar.
“Sektorlararası əməkdaşlıqdan çıxarılan nəticələr” mövzusunda davam edən panel müzakirəsində Almaniya, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Braziliyadan olan rəsmilər su, ərzaq problemlərinin həllində sektorlararası əməkdaşlığın vacibliyini qeyd edib, təcrübələrini bölüşüblər.



Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri