Icma.az
close
up
RU
BMTnin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq AZƏRTAC

BMTnin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində “Su, enerji, ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişmələri getdikcə su, ərzaq və ekosistemə daha çox təsir edir və iqlim dəyişmələri fonunda ən çox qarşılaşdığımız problemlərdən biri də su qıtlığıdır. O qeyd edib ki, dünya ölkələri ortaq su resurslarına malik olduğundan heç bir dövlət təklikdə bu problemin öhdəsindən gələ bilməz. “Ortaq su resursları birlikdə idarə olunmalıdır. Bu, təkcə ətraf mühiti deyil, insanların rifahını da yaxşılaşdıracaq. COP29 Sədrliyi iqlim fəaliyyətləri üçün su üzrə Bakı dialoquna start verib. Bu, bizim dayanaqlı gələcəyimiz üçün çox faydalı olacaq. Hər kəsi regional əməkdaşlığa, bilik və resursları paylaşamağa dəvət edirəm”, - deyə nazir müavini vurğulayıb.

“Regional əməkdaşlıq üzrə perspektivlər” mövzusunda panel müzakirələrdə çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını deyib. Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır və buna görə də ərzaq istehsalı 2 dəfədən çox artırılmalıdır. FAO rəsmisinin sözlərinə görə, təbiətdən dayanıqlı istifadə edilməsə, böhranın qarşısını almaq mümkün olmayacaq.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Dmitri Mariyasin çıxışında deyib ki, dünyada artıq gözlənilməz iqlim böhranları baş verir, qlobal su dövriyyəsi pozulur. Onun sözlərinə görə, bu da təchizat zəncirinə, ekosistemə mənfi təsir edir. İcraçı katib bu problemlərin gələcəkdə daha da artacağını əlavə edərək, iqlim dəyişikliyinin içməli və kənd təsərrüfatı sahəsində su qıtlığına gətirib çıxaracağını vurğulayıb. Bu baxımdan o, milli səviyyədə su üzrə qanunların qəbulunun və bu beynəlxalq səviyyədə əməkdaşlığın vacibliyini qeyd edib.

BMT Ətraf Mühit Proqramının Ekosistem Bölməsinin direktor müavini Bruno Pozzi, Dünya Meteorologiya Təşkilatının hidrologiya, su və kriosofer üzrə direktoru Stefan Uhlenbruk regional əməkdaşlığın əhəmiyyəti, su hövzələrinin birgə idarəsi barədə danışıblar.

“Sektorlararası əməkdaşlıqdan çıxarılan nəticələr” mövzusunda davam edən panel müzakirəsində Almaniya, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Braziliyadan olan rəsmilər su, ərzaq problemlərinin həllində sektorlararası əməkdaşlığın vacibliyini qeyd edib, təcrübələrini bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri