Icma.az
close
up
RU
BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi tədqiqat nəticəsini təqdim edir

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi tədqiqat nəticəsini təqdim edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 11 elmi-tədqiqat işinin nəticəsi olan məhsul və innovativ həllərlə təmsil olunur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə BMU-nun Kimya mühəndisliyi laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələri, o cümlədən müxtəlif müdafiə sistemlərində istifadə üçün hazırlanmış yeni tərkiblər təqdim edilir.

BMU-nun rektoru Yaqub Piriyev universitetin stendinə baxış keçirib, burada müdafiə sənayesi üçün əhəmiyyətli kimyəvi məhsulların təqdimatını izləyib və sərgi iştirakçıları ilə söhbət edib.

Elmi nəticələrin müdafiə sənayesi üçün əhəmiyyətini artıran əsas məqamlardan biri onların praktiki sınaqlardan keçirilməsidir. Yeni tərkiblər müvafiq aidiyyəti qurumlarda konkret istiqamətlər üzrə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bu, universitetdə aparılan tətbiqyönümlü tədqiqatların real istehsal və sənaye ehtiyaclarına uyğunlaşdırılması baxımından mühüm göstəricidir.

Universitetin sərgidə nümayiş etdirdiyi elmi-tədqiqat nəticələri ilkin alışdırma və enerji impulsunun formalaşdırılması, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin və vaxt intervalının tənzimlənməsi, eləcə də hərəkətverici qüvvənin təmin edilməsi kimi müdafiə sənayesi üçün mühüm istiqamətləri əhatə edir. Bu məhsulların müxtəlif müdafiə təyinatlı sistemlərin funksional komponentlərinin hazırlanmasında tətbiq imkanları var.

Təqdim olunan həllər sırasında alışdırıcı, aktivləşdirici, ləngidici və gücləndirici tərkiblər, bərk raket yanacağı və nitrosellüloza xüsusi yer tutur. Bu tədqiqatlar energetik materialların hazırlanması, ilkin alışdırma, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin tənzimlənməsi və hərəkətverici sistemlər üçün material təminatı kimi istiqamətləri əhatə edir.

Tədqiqatların digər istiqamətini energetik materiallar və onların komponentləri təşkil edir. Bura tüstüsüz barıt istehsalında və bərk raket yanacaqlarında energetik bağlayıcı, həmçinin pirotexniki kompozisiyalarda əsas komponent kimi istifadə olunan tərkiblər daxildir. Bərk raket yanacağı müxtəlif təyinatlı raket və reaktiv sistemlərdə hərəkətverici qüvvənin təmin edilməsində tətbiq edilir. Yüksək energetik xüsusiyyətlərə malik digər kimyəvi tərkib isə müxtəlif hərbi təyinatlı partlayıcı kompozisiyalarda istifadə imkanları ilə seçilir.

Sərgidə, həmçinin BMU-nun gənc əməkdaşı tərəfindən LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” innovativ izləmə sistemi nümayiş etdirilir. Mobil rabitə və internet bağlantısının olmadığı ərazilərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulan texnologiya obyekt və avadanlıqların mövqeyini müəyyənləşdirməyə, koordinatları lokal şəkildə ötürməyə və məlumatları yadda saxlamağa imkan verir. “Loko GPS Tracker” pilotsuz uçuş aparatları, axtarış-xilasetmə, elmi-tədqiqat, kənd təsərrüfatı, müdafiə və xüsusi təyinatlı tətbiqlər də daxil olmaqla müxtəlif sahələrdə istifadə potensialına malikdir. Xüsusilə rabitə infrastrukturunun məhdud və ya əlçatmaz olduğu şəraitdə lokal məlumat mübadiləsini təmin etməsi texnologiyanın tətbiqi əhəmiyyətini artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri