Icma.az
close
up
RU
BMU 11 elmi tədqiqat nəticəsini təqdim FOTOLAR

BMU 11 elmi tədqiqat nəticəsini təqdim FOTOLAR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat işinin nəticəsi olan məhsul və innovativ həllərlə təmsil olunur.

Modern.az xəbər verir ki, sərgidə BMU-nun Kimya mühəndisliyi laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələri, o cümlədən müxtəlif müdafiə sistemlərində istifadə üçün hazırlanmış yeni tərkiblər təqdim edilir.

BMU-nun rektoru Yaqub Piriyev universitetin stendinə baxış keçirib, burada müdafiə sənayesi üçün əhəmiyyətli kimyəvi məhsulların təqdimatını izləyib və sərgi iştirakçıları ilə söhbət edib.

Elmi nəticələrin müdafiə sənayesi üçün əhəmiyyətini artıran əsas məqamlardan biri onların praktiki sınaqlardan keçirilməsidir. Yeni tərkiblər müvafiq aidiyyəti qurumlarda konkret istiqamətlər üzrə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bu, universitetdə aparılan tətbiqyönümlü tədqiqatların real istehsal və sənaye ehtiyaclarına uyğunlaşdırılması baxımından mühüm göstəricidir.

Universitetin sərgidə nümayiş etdirdiyi elmi-tədqiqat nəticələri ilkin alışdırma və enerji impulsunun formalaşdırılması, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin və vaxt intervalının tənzimlənməsi, eləcə də hərəkətverici qüvvənin təmin edilməsi kimi müdafiə sənayesi üçün mühüm istiqamətləri əhatə edir. Bu məhsulların müxtəlif müdafiə təyinatlı sistemlərin funksional komponentlərinin hazırlanmasında tətbiq imkanları var.

Təqdim olunan həllər sırasında alışdırıcı, aktivləşdirici, ləngidici və gücləndirici tərkiblər, bərk raket yanacağı və nitrosellüloza xüsusi yer tutur. Bu tədqiqatlar energetik materialların hazırlanması, ilkin alışdırma, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin tənzimlənməsi və hərəkətverici sistemlər üçün material təminatı kimi istiqamətləri əhatə edir.

Tədqiqatların digər istiqamətini energetik materiallar və onların komponentləri təşkil edir. Bura tüstüsüz barıt istehsalında və bərk raket yanacaqlarında energetik bağlayıcı, həmçinin pirotexniki kompozisiyalarda əsas komponent kimi istifadə olunan tərkiblər daxildir. Bərk raket yanacağı müxtəlif təyinatlı raket və reaktiv sistemlərdə hərəkətverici qüvvənin təmin edilməsində tətbiq edilir. Yüksək energetik xüsusiyyətlərə malik digər kimyəvi tərkib isə müxtəlif hərbi təyinatlı partlayıcı kompozisiyalarda istifadə imkanları ilə seçilir.

Sərgidə, həmçinin BMU-nun gənc əməkdaşı tərəfindən LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” innovativ izləmə sistemi nümayiş etdirilir. Mobil rabitə və internet bağlantısının olmadığı ərazilərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulan texnologiya obyekt və avadanlıqların mövqeyini müəyyənləşdirməyə, koordinatları lokal şəkildə ötürməyə və məlumatları yadda saxlamağa imkan verir. “Loko GPS Tracker” pilotsuz uçuş aparatları, axtarış-xilasetmə, elmi-tədqiqat, kənd təsərrüfatı, müdafiə və xüsusi təyinatlı tətbiqlər də daxil olmaqla müxtəlif sahələrdə istifadə potensialına malikdir. Xüsusilə rabitə infrastrukturunun məhdud və ya əlçatmaz olduğu şəraitdə lokal məlumat mübadiləsini təmin etməsi texnologiyanın tətbiqi əhəmiyyətini artırır.

BMU-nun “ADEX 2026”da iştirakı universitetdə aparılan tətbiqyönümlü elmi tədqiqatların, praktiki sınaqlardan keçmiş nəticələrin və innovativ texnologiyaların nümayiş etdirilməsi, eləcə də onların müdafiə sənayesinin inkişafına verə biləcəyi töhfənin diqqətə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri